kanal1

" “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür" - GİLEY

Tarix:6-05-2024, 12:53
Baxış Sayı:0

" “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür" - GİLEY

“2014-cü ildən “Luxe Home” tikinti şirkəti yaşadığım Nərimanov rayonu Mayakovski küçəsi 7-də bina inşa edir. Arxa tərəfdə maşınlar üçün dayanacaq var idi. Başladılar onun yerində tikinti işləri aparmağa. Birinci binanı heç bir təhlükəsizlik tədbirləri görmədən qonşuların evinin yaxınlığında tikdilər. Sonradan keçdilər mənim evimin bir addımlığında ikinci binanı inşa etməyə. 2019-cu ildə mənimlə gəlib razılaşmadan, icazəmi almadan evimin 1 metrliyimdə 8 metr dərinliyində özül qazdılar. Mənim evim 3 mərtəbəlidir, üstü mansartlıdır. Bu evi o vaxt İcra Hakimiyyətinin və “Baksovet”-in sərəncamı ilə tikdirmişəm. Birinci evləri başladılar sökməyə, divarlarımı dağıdıb bərbad günə qoydular. Bizdə də evlər bir-birinə bitişik idi. Qonşunun divarını dağıdanda istər-istəməz mənim də evimin divarı zədələnirdi. Tikintinin səs-küyü evimizin içində idi. Səhər saat 6-dan axşam saat 6-ya qədər işləyirdilər. Axşamlar da beton gətirib tökürdülər. Nə gecəmiz var idi, nə də gündüzümüz. O binanı tikib qurtardılar. Bu biri tərəfində başladılar yenidən 8 metrlik özül qazıb, 2 mərtəbəli obyekt tikməyə. Heç bir icazələri falan yox idi. Mənim 3 tərəfdən bütün çıxışlarımı bağladılar. Bir qabağa çıxışım var. Nə divarlarımı təmir etməyə qoyurlar, nə də özləri edirlər. Dağıtdıqları evin görüntüsünü çəkib məhkəməyə verib deyirlər ki, “bu sakinin evi qəzalı vəziyyətdədir”. 2011-2012-ci illərdə tikdirdiyim evdir. Necə qəzalı ola bilər? Əraziyə gətirdikləri ekspertlərin hamısını rüşvətlə ələ alıblar, onlar da bunlar deyəni deyir”
Bunu Moderator.az-açıqlamasında Cəlil Rəşidov deyib. Şikayətçi iddia edir ki, bir çox yerlərə müraciət etsə də hələ də probleminə baxan olmayıb.



“Nəriman rayon məhkəməsi də onların diktəsi ilə qərar çıxarır. 4 il bundan olub məhkəmə. Nərimanov rayon məhkəməsi mənim 12 otaqlı 3 mərtəbəli evimə 3 otaqlı ev qərarı çıxardı. Apellyasiya məhkəməsinə müraciət etdim. O da göndərdi Məhkəmə Ekspertizası mərkəzinə. Ekspertiza mərkəzinin çıxardığı qərar onların xoşuna gəlmədi. Ərizələrini geri götürdülər ki, biz şikayətçi deyilik, imtina edirik, evi almırıq. Bundan sonra da mən onları məhkəməyə verdim. Apellyasiya Məhkəməsindəki hakim qərar çıxardı ki, şirkət imtina etdiyi üçün təkrarən onların bu mövzu ilə məhkəməyə müraciət etməyə ixtiyarı yoxdur. Yenidən Nərimanov rayon məhkəməsinə müraciət etdim. 1 il məhkəmə prossesi sürdü. Qarşı tərəf də iddia ərizəsi verdi. Hansı ki, onların ixtiyarı yox idi bu iddia ərizəsini versinlər və hakimin də ixtiyarı yox idi ki, buna baxsın. Hakim Nərgiz Tağıyeva mənim iddiamı ləğv edib, onların qanunsuz iddiasını saxladı. Onların satılmayan bir evləri var. 4 otağı ortadan bölüblər, 5 otaq ediblər. Üzr istəyirəm, nə ayaqyolusu var, nə “demaxod” u. Onu mənə təqdim etdilər, hakim də qərar çıxarıb. Ora da mən getmərəm. Apellyasiya məhkəməsinə vermişəm, o da uzana-uzana gedir. İndi ordan qurtarıblar. Mənə verdikləri 4 metrəlik yolun qarşısında, qapımdan 3-4 metrə aralıda yeni bina ucaldırlar. Eyni şirkətdir, sadəcə adını “Luxe Home inşaat” qoyublar. Digəri isə “Luxe Home” dir. Bu işlərin hamısı Şəhərsalma və Arxitektura komitəsinin sərəncamı ilə gedir. Əslində bu qurumun ixtiyarı yoxdur ki, insanlar ordan köçürülmədən sərəncam versin, amma veriblər. Hamısına müraciət etmişəm, heç bir xeyri də yoxdur. İndi düz başımızın üstündə ucaldırlar binanı. Qapıdan çıxmağa qorxuruq ki, başımıza nəsə düşər. Uşaqlar, böyüklər üçün təhlükəlidir. Nə setka vurublar, nə də bir şey. 2-3 dəfə yuxarıdan mismarlı taxtalar, armaturlar düşüb. Allah saxlayıb bizi. Fövqəlada Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin qaynar xəttinə zəng edib məlumat vermişəm. Heç kim gəlib maraqlanmır, heç nə də etmirlər. O tikdikləri 2 mərtəbəli obyektin üstünü də penoplastır adlı yanan materialla örtüblər. Hansı ki, 2015-ci ildə cənab prezident bunu qadağan etmişdi. Fövqəlada Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin əməkdaşları ümumiyyətlə bu tərəfə çevrilib baxmırlar ki, o adamın nə problemi var?! Şirkətin rəhbəri də, həmin şirkətin vəkili də deyir ki, “biz hamısının hörmətini etmişik, nə istəyirsiz edin, siz məğlub olacaqsız!”. Hamı köçüb, bir tək mən qalmışam. Qonşularda 1 mərtəbəli ev idi, evləri pis vəziyyətdə idi. Mənimlə prinsip edirlər. “Luxe Home” evimi təhlükə ilə üz-üzə qoyub, uçurdur. Çox xahiş edirəm aidiyyatı qurumlar bu məsələyə bir çarə qılsınlar” deyə şikayətçi bildirib.

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR