kanal1

Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Tarix:3-05-2024, 11:11
Baxış Sayı:0

Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı... - Polis yalnız yerli sakinləri buraxır...

Qazax rayonunun Azərbaycana qaytarılmalı olan Xeyrimli kəndi ilə qonşu Güney( “Kirants”) kəndində vəziyyət bir qrup sakinin etirazı ilə bağlı dünən səhər saatlarından gərgin olaraq qalır.

Moderator.az xəbər verir ki, “Azadlıq” radiosunun erməni bürosunun yaydığı məlumata görə, əlavə polis qüvvələri yeridildikdən sonra Güneyə gedən yol bağlı qalır.

Məlumatda bildirilir ki, asayiş keşikçiləri səhər saatlarından kəndə gedən bütün yollarda xüsusi rejim qurub. “Kirants”a yalnız yerli sakinlər daxil ola bilər və onlar yaşayış yerinin həqiqətən bu kənd olduğunu təsdiq edən pasportlarını polisə göstərməlidirlər.

Xatırladaq ki, dünən – mayın 2-i səhər saatlarda Güney kəndinə girişdə polislə qarşıdurmadan sonra 40-yaxın erməni həbs edilib. Ermənistanın Tavuş vilayət eparxiyasının arxiyepiskopu, 44 günlük savaşdan bəri Azərbaycan və Türkiyəyə qarşı radikal, irqçi, revanşist çıxışlarıyla seçilən, o cümlədən Qazaxın məlum kəndləri ilə bağlı erməni əhalinin etirazlarını xüsusi olaraq körükləyən Baqrat Qalustanyan bir müddət öncə avtomobillə Güney kəndinə daxil olmağa çalışsa da, polis buna imkan verməyib. “Hraparak”ın yaydığı məlumata görə, avtomobildən düşərək kəndə piyada getməyə çalışan keşişin bu cəhdinin də qarşısı alınıb.

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR