kanal1

Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Tarix:2-05-2024, 12:03
Baxış Sayı:4

Gəncə Daşkəsən Regional Təhsil İdarəsi BİABRÇILIĞA NİYƏ SUSUR??? -VİDEO

Gəncə Daşkəsən Regional Təhsil idarəsində baş verən hadisə son zamanlar cəmiyyət tərəfindən qınaq obyektinə çevrilmişdir. Müəllim adına yaraşmayan, müəllimləri nüfuzdan salan bu hala qarşı ciddi tədbir görülməlidir.

Belə ki, Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun tabeliyində olan Zeyvə kənd S. Məmmədov adına tam orta məktəbinin direktor müavini Reyhan İsmayılova müəllimləri hədələyir və direktora qarşı qarayaxma kompaniyası aparır.
Müəllimlərə hədə-qorxu gələn, onlara zorakılıq edən Reyhan xanım "Burda mənəm, Bağdadda kor Xəlifə" rejimi ilə müəllimləri hədələyir və "hara şikayət edirsiniz edin" mən nə deyirəm o olmalıdır deyə müəllimləri alçaldır.
Müəllim adını daşımağa layiq olmayan bu xanım müəllimlərə ağıza alınmayacaq şəkildə təhqiramiz ifadələr işlədir. Açıq-aşkar direktora qarşı bütün müəllimləri ayağa qaldırmağa və öz "Allahlığını" göstərməyə çalışır.
Bəs bütün bunlar baş verərkən Gəncə Daşkəsən Regional Təhsil idarəsi müdürü Anar Qədiməliyev və Təhsil sektorunun müdiri Xəyal Məmmədov hara baxır? Niyə bu qanunsuzluq edən, özbaşınalıq edən direktor müavini haqqında heç bir tədbir görmür?
Məgər təhsilimiz belə müəllimlərə əmanət edilməlidir? Əxlaqa zidd danışıqlar, şantajlar, təhqirlər ilə məktəbi idarə etmək, müəllimləri heçə saymaq, onlara qarşı zorakılıq etmək bağışlanılmaz bir hadisədir və mütləq qarşısı alınmalıdır.(Tehsilmedia.az)

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR