kanal1

"Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

Tarix:1-05-2024, 10:52
Baxış Sayı:0

"Bütün sosial şəbəkələrdə sizi biabr edəcəm..." - ETİRAZ VAR...

"Şikayətim Chevroletin Azərbaycan mərkəzindəndir". Dia-az.info-nun xəbərinə görə, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Fidan Qənbər adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra bildirir: "05.02.2024-də Turbo.az saytında Chevrolet aveo 2014 sedan avtomobilini alqı-satqı məqsədilə diaqnostikaya saldırmışam. Diaqnostika talonum itdiyindən yenisini vermirlər. Bununla yanaşı, diaqnostika edilən maşındakı qüsurları gizlədiblər. Və mən bu qüsurları maşını başqa yerdə diaqnostika etdirən zaman öyrənmişəm.

Əvvəla, vuruq və zərbə görmüş, kapotu və sağ ön qanadı əzilmiş, dəmirçi işi görmüş, boyanmış bu maşına hansı ağıl və məntiqlə "vuruğu və dəyişən detalı yoxdur" deyə müştəriyə yalan məlumat verirsiniz? Sabah o maşını avtoekspertizadan keçirsəm yalan və fırıldaqçılığınız bilinsə sizin yaxanızdan yapışmayacağımımı düşündünüz?

Rəsmi servisə dəfələrlə getməyimə baxmayaraq o diaqnostika talonunu nə əsasla vermirsiniz? Mülkiyyətçi olaraq maşınımın qəza tarixçəsini öyrənmək hüququmdur. Səbəb nədir? Sizdən rəsmi və məntiqli açıqlama gəlmədiyi müddətcə bütün sosial şəbəkələrdə sizi biabr edəcəm".

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR