kanal1

Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

Tarix:30-04-2024, 19:56
Baxış Sayı:0

Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat

Bakıda yerləşən Moskva Ticarət Mərkəzində (Moskva Univermağı) sexdə hazırlanan qızıl əşyalarının İtaliya və Türkiyə brendi adı altında satışını həyata keçirən sahibkarlara hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1976-cı ildə Ağdam rayonunda anadan olmuş Səbuhi Hüseynovun (soyad şərti) Moskva Univermağının birinci mərtəbəsində yerləşən "ST Jewellery" adlı qızıl-zinət əşyalarının satışı məntəqəsi var. Səbuhi və univermağın ikinci mərtəbəsində yerləşən "Diamond" adlı ofisin sahibi, 15 avqust 1988-ci il təvəllüdlü Orxan Əliyev (soyad şərti) birlikdə orada hazırlanan qızıl əşyalarını Türkiyə və İtaliyada istehsal edilmiş original zərgərlik məmulatı adı ilə satıblar.
Hər iki sahibkar əvvəlcədən razılaşaraq "Diamond"in ofisində sexdə hazırlanan qızıl məmulatlarının yerli sexdə hazırlandığını deməyib və müştərilərə baha və original zərgərlik məmulatı adı ilə təqdim ediblər. Müştərilərdən biri bunu bilib və hüquq-mühafizə orqanlarına müraciət edib.
Hər iki sahibkar 1 ay 21 gün müddətində həbsdə saxlanıldıqları, zərərçəkmişə dəyən zərəri ödədikləri üçün Cinayət Məcəlləsinin 200.2.2-ci maddəsi ilə təqsirli biliniblər və 2000 manat miqdarda cərimə olunublar. Hər iki sahibkar barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR