kanal1

“Access Bank” şəhid atasını məhkəməyə verdi: Kömək edin! - AXI NİYƏ?

Tarix:30-04-2024, 15:40
Baxış Sayı:0

“Access Bank” şəhid atasını məhkəməyə verdi: Kömək edin! - AXI NİYƏ?

Ata-oğul birlikdə təsərrüfatı böyütmək üçün “Access Bank”dan 3 il müddət olmaqla 15 min manat kredit götürmüşdük və bunu da vaxtında ödəmişik. Elə aylar olub ki, vaxtından tez də ödənişlər olub. Amma oğlum şəhid olandan sonra bu pulu ödəməyə imkanıməz çatmadı, borclar yığıldı qaldı.

Bu sözləri Axar.az-a açıqlamasında 2023-cü ilin 19-20 sentyabrındakı antiterror əməliyyatları zamanı şəhid olan Əkrəm Kəlbiyev atası Faiq Kəlbiyev deyib.

“Axı bu pulu ödəyən şəxs şəhid övladım idi, mən yox. İndi necə edim? Hazırda 6 min manat qalıq borcun üzərinə də faiz gəlir, amma mən yenə də ödəyə bilmirəm. Tək istəyim borcun bizə bağışlanmasıdır. Bu pulu övladım işlərimiz üçün istəmişdi, mənim adıma götürmüşdük”, - o bildirib.

Şəhid atasının sözlərinə görə, proses artıq məhkəməyə qədər gedib çıxıb:

“Əgər övladım vətən uğrunda canından keçməsəydi, şəhid olmasaydı, ödəyərdik. Necə ki, ödəmişik də. Sadəcə, indi bu pulu ödəmək imkanım yoxdur. Bank isə məni məhkəməyə verib. Nə qədər vəziyyəti izah etməyə çalışsam da, başa düşmürlər. Xahiş edirəm ki, şəhid övladımla birgə götürdüyümüz bu pulu bizə bağışlasınlar”.

Qeyd edək ki, Əkrəm Tahir oğlu Kəlbiyev 1993-cü il 13 avqustda Biləsuvar rayonu Aşağı Cürətli kəndində anadan olub. Şəhidlik zirvəsinə 2023-cü il 20 sentyabrda ucalıb.

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR