kanal1

"Rahat" market qəpik-quruş uğruna insanların sağlamlığını güdaza verir...

Tarix:30-04-2024, 09:11
Baxış Sayı:41

"Rahat" market qəpik-quruş uğruna insanların sağlamlığını güdaza verir...

"ANC GROUP" MMC-yə məxsus olan "Rahat" marketlər şəbəkəsi, deyəsən müştərilərinin sağlamlığında "narahatlıq yaratmağı qarşısına məqsəd qoyub".

Belə ki, zaman-zaman "süni qiymət artımları", "vaxtından əvvəl bahalaşma", "şokolad oğurlayan yaşlı insanı döyməsi", "piştaxtada başqa qiymət göstərib, kassada bir başqa qiymət çıxarmas"ı və sair ilə gündəmdə olan, "Rahat" marketlər şəbəkəsi insanların elə müştərilərin dili ilə desək, "əsəblərini gərən" yenilikləri ilə öz işini davam etdirir.

"DogruXeber.az" qeyd edir ki, hələ 2016-cı ilin oktyabr ayında gözdən pərdə asmaq üçün "xalq günü" aksiyasına start verən bu marketlər şəbəkəsi güya xalqı düşündüyünü göstərmək üçün bəzi məhsullara bu aksiya çərçivəsində "endirim" edirdi. Xalqın əksər hissəsinin şəbəkə marketlər arasında "Rahat" marketin ən bahalı olduğunu demələrindən belə görünür ki, sözügedən şəbəkə xalqı yalnız "aksiya günləri" düşünür. Amma, biraz diqqətli olduqda isə onların xalqı deyil, yenə də özlərini düşündükləri, daha çox qazanc əldə etmək üçün bu vasitələrə əl atdıqları aydın görünür.

Baxın, "bir şokolada görə yaşlı insanın vəhşicəsinə döyülməsi" barəsində xəbər yayılır, çox qısa zamanda həmin xəbər bütün saytlardan silinir və yerini şəbəkənin "açıqlama"sı alır ki, "adam oğurluq edib qaçanda, yıxılıb, xəsarət alıb".

Tamam, deyək ki, buna "inandıq". Keçək "xalq günü" aksiyası xəbəri ilə birlikdə saytlarda yayılan digər "yenilik" məlumatlarına.

Yazıya diqqət edin!

"Son zamanlar bir sıra marketlərdə eyni malın rəfdə və kassada fərqli qiymətə olma problemi haqlı olaraq ictimaiyyətin narahatlığına səbəb olur. Bu cür xoşagəlməz halların aradan qalxması üçün “Rahat” market rəhbərliyi bir sıra qətiyyətli addımlar atıb.
Belə ki, şəbəkənin bütün filiallarında “eyni barkodda və eyni adda olan məhsulun rəf və kassa qiymətlərində fərq yaranarsa, müştəri daha ucuz olanı ödəyir” mətnli elan diqqətimizi çəkdi."

Qeyd edək ki, bu yazı dərc edildikdən qısa müddət sonra Zaur Əkbər adlı facebook istifadəçisi öz şəxsi profilində bir neçə dəfə "Rahat " marketdə piştaxtada gördüyündən artıq ödəniş etdiyini bildirir. Fərqinə vardığında və etiraz etdiyində, çalışanların araşdırıb, fərqi təsdiqlədiklərini deyir".

Qeyd edək ki, bu kimi hallar bu gün də "Rahat " qarışıq bütün marketlər şəbəkəsində yaşanmaqdadır.

"Qiymət artımı gözlənilir" sözünü eşidər-eşitməz bunu ilk reallaşdıran marketlər şəbəkəsi də məhz "Rahat" marketlər şəbəkəsidir ki, bunu vətəndaşlar özləri deyirlər.

Keçmiş "neft kralı" Rövnəq Abdullayevin şərikli bizneslərindən biri olduğu və müavinlərindən birinin nəzarətində olduğu deyilən bu marketlər, bəzi "yeniliklər"i ilə deyəsən bu "nəzarətdən kənara çıxa biliblər". Ya bəlkə də elə "nəzarət altında" insanların, nəinki "cibinə girməyin", hətta "girdikləri cibləri axırına kimi soymağın" da "çəmini tapıblar".

Belə ki, alıcıların redaksiyamızın əməkdaşlarına bildirdiklərinə, eləcə də əməkdaşlarımızın bu bilgilər əsasında apardıqları müşahidələrə əsasən deyə bilərik ki, sözügedən marketlər şəbəkəsində, alınmış məhsulları yığmaq üçün xəzinədarın (kassa) yanında yalnız marketin adı yazılmış ödənişli salafan paketlər qoyulub. Alınmış məhsulların hamısı - yəni sabun, şampun və digər kimyəvi tərkibli məhsullar, çörək və sair ərzaq məhsulları bir paketə yığılır. Yəni kimyəvi tərkibli yuyucu vasitələri ayrıca qoymaq üçün sadə salafan paketlər istifadə olunmur. Müştərilər tərəfindən dəfələrlə iradlar bildirilsə də, Qaradağ rayon Müşfiqabad filialında mağaza müdiri, "bizə belə tapşırılıb, icazə yoxdur" cavabını verir.

Bütün məhsulları hər yerdən daha baha qiymətə satan "Rahat" marketə deyəsən "aclıq üz verib" ki, "yumurtadan yun qırxmağa" başlayıb.

El sözüdür, "yeməklə doymayıb, yalamaqla doymağa çalışır". Piştaxta ilə xəzinədar arasındakı qiymət fərqləri və yuxarıda da qeyd etdiyimiz kimi "əl yandıran" bahalıq azmış kimi, paketlərə də "qənaət rejimi" tətbiq olunur.

P.S: Qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Qazaxıstan AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı dərc edib
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Paytaxtın Nizami rayonunda sakinlər sürətlə çoxalan qanunsuz tikintilərin səkiləri zəbt etməsinə etiraz edirlər FOTO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -Şikayət-Video
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Dövlət uşaq bağçalarına qəbulda ÇƏTİNLİK – Yaşayış yerini dəyişən valideynlər NƏ ETMƏLİDİRLƏR?
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Abdolbari Goozal vəfat etdikdən sonra "Bazarstore" bağlanır? -Əməkdaşlar səbəbsiz işdən çıxarılır......
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
ADY-nın əməkdaşları belə ifşa olundu-"Dəmir yol rəisinin tapşırığı ilə gəlmişik....."-Video
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR
Restoran sənayesində artan rəqabət və “Oliqarx Baku”nun fərqliliyi- DETALLAR