Tahir Hüseynli Tanrının ona verdiyi inamın, etiqadın,dözümün,cəsarətin, fərasətin,istedadın köməyilə çətinliklərə sinə gərən,həyatda öz yolunu,səmtini əqlin gücü ilə müəyyən edən və bu yolla insanlığın,kamilliyin zirvəsinə çatan kişilərdəndir. Ləyaqət və dəyanət sahibi olan bu insan haqqında ellilərinin,dost-tanışlarının,qohum-əqrəbasının,həmkarlarının işlədiyi kollektivin,ümumiyyətlə.onu tanıyan hər kəsin qənaəti budur ki,o, sanki dünyaya ancaq yaxşılıq,səxavət,mərhəmət üçün, Vətənə və xalqa sədaqətli xidmət etmək üçün gəlmişdir.
Yaşadığı ömür yolunda çox çətinliklər aşmış Tahir müəllim həmişə, hər yerdə ona tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlmiş, alın-açıqlığı,üzağlığı ilə məsuliyyətlə hər işi yüksək səviyyədə icra etmişdir.İşlədiyi bütün idarə,müəssisə və təşkilatlarda fəaliyyəti dövründə bircə dəfə də olsun qanun pozuntusuna, işində nöqsana yol verməyib. Bu da onun məsuliyyətli olmasından, peşəsinə ,vəzifəsinə qəlbən bağlılığından,nəfsinin toxluğundan və ən əsası insani keyfiyyətlərindən irəli gəlir. O, həqiqi mənada kamilliyin meyar daşıyıcılarındandır.
Son illər Respublikamızda iqtisadi yüksəliş Qazax rayonunda da qabarıq surətdə nəzərə çarpır. Rayonun əsas makroiqtisadi göstəriciləri yüksəlmişdir. Bu inkişafın ilk iki amili-respublika rəhbərliyi nin bütün sahələrə qayğılı münasibəti və insanların özlərinin zəhmətsevərliyidirsə, əsas səbəblərindən əsası isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qayğılı münasibətini Azərbaycan vətəndaşlarına ötürən şəxslərin öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlməsidir. Bu gün Qazax rayonunda baş verən tərəqqi proseslərini izləyən hər kəs etiraf edir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Abas oğlu Babaşov başda olmaqla rayon rəhbərliyi aparatının bütün məsul işçiləri öz vəzifələrini layiqincə yerinə yetirirlər.
Rayon rəhbərliyi aparatında,rayon əhalisində Tahir Hüseynlinin savadlı kadr kimi məxsusi yeri vardır. Onu sadəcə Qazax şəhər Kommunal Müəssisələri Kombinatı
Hüseynli Tahir Namiq oğlu təqdim etməklə kifayətlənmək düz olmazdı. Tahir müəllim təkcə öz vəzifəsini icra etməklə kifayətlənmir, lazım gələndə ümumi işin uğurlu alınması üçün vəzifəsindən də artıq işləri üzərinə götürür və yüksək səviyyədə yerinə yetirir.
Tahir Hüseynli KİV işçilərinin də dostudur. Onun jurnalistlərə verdiyi dəyər, heç zaman jurnalistlərdən qaçmaması və onları maraqlandıran suallara dolğun cavab verməsi hər zaman oxucu kütləsinin marağına səbəb olmuş, etibarlı mənbə kimi xidmət etmişdir.Təkcə bu cəhət Hüseynli Tahir Namiq oğlu haqqında nəticə çıxarmağa əsas verir-sözü düz olanın əməli də düz olar.