kanal1

Astara "49 N-li Yol İstismarı"MMC-nin direktoru Qurban Əli oğlu Əliyev öz işinin peşəkarı kimi tanınıb

Tarix:27-04-2024, 14:19
Baxış Sayı:104

Astara "49 N-li Yol İstismarı"MMC-nin direktoru Qurban Əli oğlu Əliyev öz işinin peşəkarı kimi tanınıb


Onun rəhbəri olduğu Astara "49 N-li Yol İstismarı"MMC Respublikanın Yol İnşaat sektorunda nüfuzlu, sayılıb-seçilən müəssisə kimi ad-san qazanıb.
Astara "49 N-li Yol İstismarı"MMC-nin direktoru Qurban Əli oğlu Əliyev xalq üçün, millət üçün etdiklərini özünə şərəf bilib, gördüyü işlərdən heç zaman təmənna gözləməyib.
 Elə  İnsan var ki, Tanrı dərgahına köçən andan, ailəsindən, doğmalarından başqa  hər kəs onu tez bir zamanda unudur. Ancaq elə insanlar da var ki, xeyirxah əməlləri, savab işləri , Vətəninin gələcəyi, millətinin xoşbəxtliyi naminə atdıqları addımlarla cənnəti hələ sağlıqlarında satın alır. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki,təmənnasız xeyirxahlığı ilə fərqlənənlər barmaqla sayılcaq qədərdir. Hər yerdə onların fəaliyyətləri, xeyriyyəçilik əməlləri barədə ağızdolusu danışıqların, dillərdən düşməyən söhbətlərin şahidi olursan.
Haqqında qələmə aldığım insan, o dəyərli şəxsiyyət də məhz sağlığında özünə rəhmət qazananlardandır. O insan hər kəsin qəlbində sevgi ilə xatırlanmaq imicini özü qazanıb. Qurban Əliyevi tanıyanlar,onun haqqında ürəkdolusu sözlər deyir, adını yalnız xeyirxah əməllərdə hallandırırlar.  
O, işində məsuliyyətliliyi ilə nəinki doğma kollektivində, eləcə də respublikamızın yol inşaat sektorunda sayılıb-seçilənl bir kadr kimi ad-san qazanan yol mütəxəssislərindəndir. Onun xeyirxah əməllərindən, gördüyü savab işlərdən nə qədər danışılsa yenə də azdır.  
 Artıq Azərbaycanın xoş sorağı dillərə düşüb. Buradakı müasirliyin xoş aurası heç kəsi heyran etməyə bilməz. Köklü dəyişikliklər əhaliyə verilən ən böyük töhfə kimi qiymətləndirilir. Bunu hər kəs, ilk öncə, mövcud hakimiyyət rəhbərinin insanlara sevgisinin, diqqət-qayğısınınn nəticəsi kimi qeyd edir. Hər yerdə ölkəmizdəki bu xoş ovqatın, abadlığın və gözəlliyin yaradılmasında, köklü dəyişikliklərin və quruculuq işlərinin sürətləndiriliməsində payı olanlardan, əməyi keçənlərdən də ağızdolusu danışırlar. Ölkəmizdə yol inşaatında böyük uğurlar qazanılmasında sənətinin peşəkarı olan Qurban Əliyevin əməyinin, onun rəhbəri olduğu Astara "49 N-li Yol İstismarı"MMC
payının da olması haqqında əhali arasında gedən ürəkaçan söhbətlərin də tez-tez şahidi oluruq. Bu, əlamətdar günlərdə, tədbir və məclislərdə xüsusi olaraq qeyd olunur. 
Ancaq onu da qeyd edirlər ki, Qurban Əliyev olduqca təvazökar və özünüreklamdan qaçan bir insan olduğundan, qazandığı uğurların, gördüyü işlərin mətbuat səhifəsinə çıxmasının tam əleyhinədir. Haqqında yazılmasını da istəmədiyindən mən onunla bağlı fikirlərimi yazmaq fikrində olduğumun Qurban müəllimin heç də razı olmayacağını bilirdim. O səbəbdəndir ki, mən öz fikirlərimi ona xəbərdarlıq etmədən dəyərli oxucularımla bölüşməyi qərara aldım. Axı belə gözəl bir deyim var: Sağlığında qiymət verək insanlara! 
Mən də Qurban müəllimin  xeyirxah əməllərini, işindəki məsuliyyətliliyini elə sağlığında işıqlandırmaq istədim. Bu səbəbdən, Qurban Əliyevin  keçdiyi ömür yolunu, gördüyü xeyriyyəçilik əməllərini və şərəfli fəaliyyət illərini bu yazıda ardıcıllıqla təsvir etməyə ehtiyac da duymadım. Yalnız haqqında deyilənlərin ümumi nəticəsini qələmə alaraq, elə sağlığında qiymət verilməsini istədim. Haqqında yaxşı olan nələrdən söhbət açılmır?!
Onu yaxşı tanıyanlar söhbətlərində onun əsl insan olduğundan ürəkdolusu danışırlar.Gözəl insani xüsusiyyətlərindən, xeyirxahlığından qürur duydumuz bu dəyərli insan xalq üçün, millət üçün etdiklərini özünə vacib və şərəf bilib həmişə. Onun yaşadığı mənalı həyatı xalqın gözləri önündə yaşanıb. Bu şərəfli ömrün bir dəqiqəsi belə, onun mənliyini və kimliyini dəyərləndirən gözlərdən, onu sevən qəlblərdən uzaq düşməyib.
 Bu həyatda sadəcə özünü düşünməyib Qurban müəllim. O,qazancını vətəninə, millətinə, xalqına həsr etməkdən zövq alıb. Ehtiyac içində yaşayan insanlara əl tutmağı vacib sayıb. Etdiyi yaxşılıqları gizli saxlamaq isə, onun insani xüsusiyyətlərindəndir.
Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən islahatlar, müvəffəqiyyətlə yerinə yetirilən dövlət proqramları, bu islahat və proqramlar çərçivəsində həllini tapan nəhəng yol quruculuq işləri Azərbaycanı regionda lider dövlətə çevirib. Bu uğurların əldə olunmasında, təbii ki, dövlət başçısının tapşırıq və tövsiyyələrinə çevik şəkildə əməl "49 N-li Yol İstismarı"MMC-nin də özünəməxsus rolu olub.
Qurban Əli oğlu Əliyev ölkəsinə, Prezidentinə, xalqına, millətinə sadiq olan ziyalılarımızdandır. Sonsuz millət sevgisi, xalq məhəbbəti qazanmış Ulu Öndəri ürəkdən sevən bir insan kimi tanınıb. Həyatın hər üzünü görən Qurban müəllim nüfuzlu iş adamı olmaqla bərabər, eyni zamanda qayğıkeş ailə başçısıdır. Yazımın qəhrəmanı keçdiyi enişli-yoxuşlu ömür yollarında düz yolundan, doğru inamından, vətəndaş qayəsindən bir dəfə də olsun yayınmayıb. Mənəvi məsuliyyətinin, vəzifə borcunun, insani keyfiyyətlərinin üstünə kölgə düşməsinə də heç vaxt imkan verməyib.
 Daha konkret desək, dövlətinə, millətinə bir övlad sədaqəti ilə xidmət edib. Əsl kişi kimi dövrün imtahanlarından, zamanın sınaqlarından üzüağ, başıuca, alnıaçıq çıxaraq, mötəbərlik zirvəsinə yüksəlib...
 Biz də bütün bu insani keyfiyyətlərə malik olan bu dəyərli insanın gördüyü işləri işıqlandırmağı özümüzə borc bildik. 
"49 N-li Yol İstismarı"MMC-nin direktoru Qurban Əliyevə sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi şərəfli və çətin işində uğurlar arzulayır, həyatda və fəaliyyətində səbr diləyirəm.
Xeyirxahlıq həmişə başınızın tacı olsun, Qurban müəllim.
 
 
 

YAXŞILIQ ETDİKCƏ İNSAN ÖZÜ DƏ SAFLAŞIR, KAMİLLƏŞİR
YAXŞILIQ ETDİKCƏ İNSAN ÖZÜ DƏ SAFLAŞIR, KAMİLLƏŞİR
“Kapital Bank”dan 5 500 manat kredit götürdü, 19 min manat ödəniş edib, hələ də borcludur... - BU NƏDİ BELƏ?!
“Kapital Bank”dan 5 500 manat kredit götürdü, 19 min manat ödəniş edib, hələ də borcludur... - BU NƏDİ BELƏ?!
“Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR
“Kredaqro”da ixtisarlar: 17 nəfər işdən çıxarıldı - DETALLAR
"Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ
"Ali Attestasiya Komissiyasının işinə əlaqədar dövlət qurumlarının qanuni müdaxiləsi zəruridir" - ÇAĞIRIŞ
Taksilər kəskin bahalaşacaq - İDDİA
Taksilər kəskin bahalaşacaq - İDDİA
“Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır
“Bakı Metropoliteni” 2,7 manatdan 45 min litr süd alır – Marketlərdə 2,4 manata satılır
“Maşınqayırma” kollecini bitirib, Bakı Sağlamlıq Mərkəzində cərrahlıq edir... - İTTİHAM VAR...
“Maşınqayırma” kollecini bitirib, Bakı Sağlamlıq Mərkəzində cərrahlıq edir... - İTTİHAM VAR...
Ağdamda meydan sulayan məmur KİMDİR? - Prezidentə müraciət olundu
Ağdamda meydan sulayan məmur KİMDİR? - Prezidentə müraciət olundu