kanal1

İran-İsrail müharibəsi: Azərbaycan nə etməlidir?

Tarix:13-04-2024, 18:17
Baxış Sayı:0

İran-İsrail müharibəsi: Azərbaycan nə etməlidir?

İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.

Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu açıqlayıb. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Həmçinin qeyd olunub ki, vurulan bina SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.

İranın mövqeyinə gəlincə, Tehran hücuma görə qisas alacağını bəyan edib. Qərb mətbuatı İranın tezliklə hücuma başlayacağını yazır.

Qeyd edək ki, İran-İsrail müharibəsi yalnız Yaxın Şərqi maraqlandıran məsələ deyil. Bu, həmçinin Cənubi Qafqaza da siraət edəcək.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, İranla İsrail arasındakı gərginlik zahiridir:

“İranla İsrail arasında hər zaman gərginlik olduğu görünür. Əslində, İran İsrailin qurduğu bir dövlət formatıdır. Onların arasındakı gərginlik zahiri, daxili auditoriya üçündür. Bütün məsələlərdə uzlaşırlar. Misal kimi HƏMAS məsələsini göstərmək olar. İranın provakasiyası ilə HƏMAS addım atdı, İsrail revanş götürüb, Qəzzanı darmadağın etdi. Yəni görünən ziddiyətlərə aldanmağa ehtiyac yoxdur. İranın qurulmasında İsrailin böyük rolu var. Çünki müsəlman arealında parçalayıcı ünsür İrandır. Ərəb dünyası ilə İran arasında ziddiyətlərin qalmasında maraqlıdır”.

Deputat Azərbaycanın İsrailin problem yaşamasında maraqlı olmadığını deyib:

“İsrail bizə müttəfiq ölkədir. Buna görə də onun problem yaşamasında maraqlı deyilik.İsrail müharibədə bizə kömək edib. İran da ən böyük dəstəyi, düşmənimizə, Ermənistana verib. Bizim məsələyə təbii yanaşmamız bu faktordan qaynaqlanır. İranla İsrail arasında olan münasibətlər hələki süni ritorikadan başqa bir şey deyil”.

Politoloq Natiq Miri isə qeyd edib ki, İran-İsrail gərginliyi daha çox psixoloji savaşın tərkibi hissəsi olaraq görülür:

"İnformasiyalarda psixoloji savaşlar qarşılıqlı davam etməkdədir. Bu mənada İranın proksi qüvvələrinin aktivləşdiyini, zaman-zaman İsrailin ərazilərini raket atəşinə tutduğunu da görürük. Bunlar gündəlik baş verən hadisələrdir. İranın vəd etdiyi kimi İsrailin birbaşa bu ölkədən ballistik raketlər, yaxud dronlarla vurulmasını müşahidə etmirik. Yəni hadisələr bu gün yalnız söz atışması konkestində davam edir. Bu hadisənin əsas dəyərləndiriləcək tərəfi psixoloji savaşdır. İran bununla sözün əsl mənasında İsrailə qarşı hansısa müharibə və raket hücumlarına hazırlaşdığnı göstərir. İsrailin müttəfiqi ABŞ-da hədə-qorxu gəlir. İran ABŞ İsrailə kömək edəcəyi halda onun hərbi bazalarını vuracağını deyib. Açığı bu cür hədələr, daha çox ictimai rəy yaratmaq, özləri haqqında ciddi təəssüratlar yaratmağa yönəlib. Çünki İranın İsrailə hücum etməsi halında ABŞ-nin onun müdafiə etməmək üçün hədələməsini necə ciddi qəbul etmək olar. Bu daha çox psixoloji savaşın tərkibi hissəsidir. İsrailə bir neçə raket atmaq üçün bu qədər informasiya verməyə ehtiyac yoxdur. Niyə atmırlar? Deməli, qorxurlar".

Politoloqun sözlərinə görə, İran-İsrail müharibəsinin regional və beynəlxalq təsiri olacaq:

"Həqiqətən də, müharibə olarsa, bunun qlobal, regional təsiri olacaq. Böyük bir müharibənin olması Azərbaycan üçün arzuolunan deyil. Çünki bu, region üçün böyük humanitar faciənin yaranmasına səbəb ola bilər. Bu məsələdə Azərbaycanın edə biləcəyi nəsə yoxdur. Bu məsələdə Türkiyə və Çin kimi ölkələr hansısa addımları ata bilərlər. Ancaq İranın hədsiz davranışlarını və Azərbaycana qarşı düşmən siyasətini görürük. Hər halda mən İranla İsrail arasında böyük müharibənin olacağını düşünmürəm. İran sadəcə qisas görüntüsü yaratmaqla məşğuldur"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR