kanal1

Papanın səhhəti yaxşılaşıb

Tarix:28-03-2024, 19:04
Baxış Sayı:2

Papanın səhhəti yaxşılaşıb

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti yaxşılaşıb.

Son bir neçə aydır bronxit və soyuqdəymə səbəbindən bütün görüş və tədbirlərini ləğv edən Roma Papası Pasxa bayramı ərəfəsində növbəti dörd gün ərzində sıx qrafiklə işləyəcək.

Pontifik bu gün Müqəddəs Pyotr Kilsəsində keçirilən ibadət zamanı uzun xütbə oxuyub və minlərlə keşişlə birgə and içib. O, cümə günü Müqəddəs Pyotr Kilsəsində keçiriləcək mərasimə rəhbərlik edəcək, Kolizey ətrafında ənənəvi Xaç Yolu yürüşünə qatılacaq. Şənbə günü Pasxa duasına rəhbərlik edəcək, bazar günü isə Müqəddəs Pyotr meydanında ənənəvi “Urbi et Orbi” (“Romaya və dünyaya”) bayram xeyir-duasını oxuyacaq.

Qeyd edək ki, 87 yaşlı Papa Fransisk bu il iki dəfə xəstəxanaya yerləşdirilib. O, kəskin və yoluxucu bronxit olduğunu bildirib. Ağciyər iltihabından əziyyət çəkən Roma Papası səhhətindəki problemlə əlaqədar Dubayda keçirilən BMT-nin COP28 iqlim sammitində iştirak etməyib. Pontifik diz ağrısı səbəbindən bir müddətdir uzun səfərlər zamanı əlil arabasından istifadə edir.

Ali Məhkəmənin hakimi intihar etdi
Ali Məhkəmənin hakimi intihar etdi
Prezident onları təltif etdi - Siyahı
Prezident onları təltif etdi - Siyahı
“Qayıdış”ımız Ermənistanda xof yaratdı – “Nizə”lər qabağa
“Qayıdış”ımız Ermənistanda xof yaratdı – “Nizə”lər qabağa
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
“Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?
Astara "49 N-li Yol İstismarı"MMC-nin direktoru Qurban Əli oğlu Əliyev öz işinin peşəkarı kimi tanınıb
Astara "49 N-li Yol İstismarı"MMC-nin direktoru Qurban Əli oğlu Əliyev öz işinin peşəkarı kimi tanınıb
Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı
Tanınmış jurnalist “Kəpəz Hospital”a getməməyə çağırdı
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR