kanal1

Elektromobillərə maraq durmadan artır: Bazara necə təsir göstərəcək?

Tarix:26-03-2024, 10:07
Baxış Sayı:0

Elektromobillərə maraq durmadan artır: Bazara necə təsir göstərəcək?

Cari ilin yanvar-fevral aylarında Azərbaycana 22 milyon 852 min dollar dəyərində 541 ədəd elektromobil idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

2023-ci ilin eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 13 milyon 532 min dollar və ya 2,5 dəfə, miqdar ifadəsi ilə 319 ədəd və ya 2,4 dəfə artıb.

Qeyd edək ki, ötən ilin yanvar-fevral ayları ərzində 9 milyon 320 min dollar dəyərində 222 ədəd elektromobil gətirilib. Bu təxminən son 2 ay ərzində hər gün ölkəyə 10 elektromobil avtomobilin idxalı deməkdir.

Bəs görəsən, bu faktor avtomobil bazarında hansı təsirlər göstərəcək?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu, ölkəmizdə elektromobillərə olan marağın artmasının göstəricisidir:

“Elektromobillərin ölkəyə idxal olunmasının sürətlənməsi, yəni bu prosesin artan tendensiya üzrə getməsi özündə bu növ avtomobillərə marağın artmasının göstəricisidir. Çünki hazırkı vəziyyətdə dövlətin özünün də yaratdığı şərait var ki, elektromobillər və ekologiyanın dostu sayılan karbon və digər qazların atmosfer çirklənmələrinə mane olacaq. Bununla bağlı dövlətin müəyyən konsepsiyası var”.

Ekspert idxal göstəricisinin gələn il daha da artacağını proqnozlaşdırır.

“Xüsusən istixana qazlarının və digər qazların ətraf mühitə ziyan vurmaması üçün müəyyən dərəcədə qarşısının alınması planlaşdırılır. Ona görə də bu növ avtonəqliyyat vasitələrinə maraq da artmaqdadır. Düşünürəm ki, gələn idxalla bağlı rəqəmlər daha da artacaq. Çünki daha qənaətli, müasir və daha az xərc tələb edən avtomobillərin ölkəyə gətirilməsi istər sahibkarlar, istərsə də vətəndaşlar üçün olduqca maraqlıdır”.

"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Muxtar Babayev vəzifəsindən azad edildi
Muxtar Babayev vəzifəsindən azad edildi
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Onların da sertifikatı ləğv olundu - Foto
Onların da sertifikatı ləğv olundu - Foto