Dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ümummilli lider Heydər Əliyev cənablarının uğurlu xarici siyasət kursu nəticəsində bu məsələ tam şəkildə öz həllini tapmış və beynəlxalq təşkilatlarda bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilmişdir. Bütün sahələrlə yanaşı idmanımız da durmadan inkişaf edir.Bu inkişaf da məhz dahi Heydər Əliyev siyasətinin bəhrəsidir.
Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Milli Olimpia Kompleksinə rəhbərliyə gəlişi Azərbaycan idmanını ən yüksək inkişaf mərhələsinə çıxardı. 1997-ci ildən başlayaraq həm idmançılarımız,həm də bütün idman ictimaiyyəti cənab İlham Əliyevin bu sahədə diqqət və qayğısını hiss etmişlər.
Azərbaycan Respublikasının Ümummilli lideri dahi Heydər Əliyev bütün fəaliyyəti dövründə daim idmançılarla görüşmüş,onlarla səmimi ünsiyyətdə olmuş,onların qayğıları ilə daim maraqlanmışdır.Müstəqillik illərində ənənə halını almış görüşlərdə dahi Heydər Əliyevin çıxışları idmançılara mübarizlik,iradə və qətiyyət aşılamışdır.
Dahi Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam edir.
Sevindirici haldır ki,bu gün Azərbaycanda yeni-yeni Olimpiya Komplekslərinin inşası sürətlə davam edir.Respublikamızın bir çox şəhər və rayonlarında İdman Sağlamlıq Mərkəzi,Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda bütün idman növləri üzrə idmançılarımız dünya arenalarında yüksək nəticələr göstərir, Azərbaycanımızı layiqincə təmsil edirlər.Heç bir mübağiləsiz demək olar ki,cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan son illər İdman Mərkəzlərindən birinə çevrilmişdir. Bu gün xalqın arzu və istəkləri hörmətli prezidentimiz cənablarının rəhbərliyi altında inamla və qətiyyətlə həyata keçirilməkdədir.
Bizə müstəqillik bəxş etmiş ulu şəxsiyyətin,Azərbaycan xalqının dahi və unudulmaz liderinin pak əməlləri,müqəddəs ideyaları, arzuları həmişə yaşayacaqdır.
Gənclik insan ömrünün ən qaynar,,gözəl çağıdır.Gəncliyi kükrəyən,dalğalı dənizə,güllü-çiçəkli bahara bənzətmək olar.Gənclk həyatın yoludur, şirin nəğməsi,arzusu,sevgisidir. Buna görə də gənclərin özləri də,vətəndaşı olduğu dövlət də gənclik potensialından səmərəli istifadə etməlidir.
Bu gün Azərbaycan gəncliyi məsuliyyətli,şərəfli bir dövrdə yaşayır.Müstəqil dövlətimiz gündən-günə qüdrətlənir,onun beynəlxalq aləmdə nüfuzu artır. Bütün bunlarda gənclərimizin də xüsusi rolu vardır.Dövlətimizin gənclər siyasətinin uğurlarında,gənclərin ölkəmizin ictimai-mədəni,sosial-iqtisadi həyatında fəal iştirakında,beynəlxalq tədbirlərdə,möhtəşəm idman yarışlarında Azərbaycanı layiqincə təmsil etmələrində onlarla iş aparan,dövlətin qayğılı münasibətini onlara ötqrən insanların böyük xidmətləri vardır. Onlardan biri - Qazax Olimpiya İdman Kompleksinin direktoru Kərəm Axundovdur.
Kərəm müəllimin rəhbərliyi altında rayon Gənclər və İdman İdarəsi gənc nəslin Vətənə məhəbbət,Azərbaycan xalqının tarixinə,mədəni irsinə,dövlət dininə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə Rayon İcra Hakimiyyətinin rəhbərliyi altında hər il silsilə tədbirlər həyata keçirir. Son illər Qazax rayonunda həm gənclərlə iş sahəsində,həm də idman sahəsində böyük nailiyyətlər əldə olunmuşdur.Qazaxlı gənclər müxtəlif miqyaslı idman yarışlarında iştirak edərək yaddaqalan nəticələr əldə edirlər.Qazaxda gənclərlə aparılan işin,gənc nəslin idmanının inkişaflnda əlbəttə ki,Kərəm Axundovun xidmətləri danılmazdır. Qazax rayonunda gənclər və onlarla işləyən bütün insanlar,rayonun təhsil və idman ictimaiyyəti tərəfindən təqdir edilir,onu tanıyan hamı tərəfindən çox müsbət xarakterizə olunur.
Kərəm Axundov gənclərin vətənpərvər insan kimi ləyaqətli, vətəndaşlar kimi yetişməsi üçün mənəvi tərbiyəsinin əhəmiyyətini xüsusi qeyd edir. Kərəm Axundov hər dəfə bu mövzuda danışanda ulu öndərimiz Heydər Əliyevdən sitatlar gətirir: "Hər xalqın özünə,öz tarixi köklərinə,əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək,xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərərək gənc nəsli daha da sağlam əhval-ruhiyyədə,saf əhval-ruhiyyədə tərbiyyələndirməliyik".
Respublikamızda bədən tərbiyyəsi və idmanın inkişafını sürətləndirmək məqsədilə Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il martın 15 də verdiyi fərmanla Azərbaycan İdman Federasiyasının və İdmanın İnkişafı üçün Prezident Fondundan vəsait ayrılmışdır.1997-ci ilin dekabr ayında qəbul edilmiş " Bədən tərbiyəsi və.İdman haqqında" qanun, 3 fevral 2000-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş " Bədən tərbiyəsi və.İdmanın inkişafına dair Dövlət Proqramı"bu sferaya göstərilən diqqəti bir daha təsdiq etmişdir.Bu sənədlər vətəndaşların bədən tərbiyəsi və idmanla məşğul olma hüquqlarını qoruyur və təmin edir,bədən tərbiyəsi və idman sisteminin fəaliyyəti və inkişafı üçün zəmin yaradır. Məhz elə həmin zəmin əsasında Azərbaycan idmançıları yüksək peşəkarlıq göstərərək beynəlxalq miqyaslı yarışlarda uğurla iştirak edib,misilsiz nüvəffəqiyyətlər əldə etmiş və vətənə medallarla dönmüşlər.Ümumilikdə idman növləri üzrə respublkamızda təşkil edilmiş beynəlxalq yarışlar idmançılarımızın idman ustalıqlarının təkmilləşməsində,həmin idman növlərinin təbliğində,eləcə də inkişafında mühüm rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı,Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin Azərbaycan idmançılarına,idman xadimlərinə,ümumiyyətlə,idman infrastrukturunda çalışan hər bir kəsə göstərdiyi diqqət və qayğı,sosial-məişət problemlərini daim həll etməsi onları məhz belə yüksək nəticələr əldə etməyə ruhlandırır.
Sevindirici haldır ki, Azərbaycan idmanının şöhrətini artıran uğurların əldə edilməsində Qazax rayonunun idmançılarının da sanballı töhfələri olmuşdur.
Kərəm Axundovu və onunla çiyin-çiyinə çalışaraq Qazaxlı gənclərlə faydalı iş aparan bütün mütəxəssislərə, dövlətin gənclər və idman siyasətini Qazax rayonunda həyata keçirən tərəqqipərvər insanları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətlərində uğurlar arzulayıram.
Dəyərli idmançılar!
Mən sizə daim uğurlar arzulayır,həyat yollarınız işıqlı,nurlu,uğurlarınız,nailiyyətləriniz bol olsun, deyirəm.
Bir daha bayramınız mübarək