kanal1

Sabunçuda şıdırğı TORPAQ ALVERİ... - BU NƏDİ BELƏ?!

Tarix:14-03-2024, 09:05
Baxış Sayı:0


Ölkə ərazisində - xüsusilə də Bakının bir çox rayonlarında aparılan qanunsuz tikintilər barəsindən tez-tez məlumatlar yayımlayırıq. Buna misal olaraq, Xətai, Binəqədi, Nizami və digər rayonların adlarını çəkə bilərik. Amma, maraqlısı budur ki, bu kimi məlumatlar da "bərəkət" kimi paylaşdıqca çoxalır. Aidiyyatı qurumların bu cür qanunsuzluq hallarına laqeydliyini görən digər rayonlar da sanki "olanlardan ilhamlanaraq" eyni halların onların da ərazisində artmasına şərait yaradırlar.

Əslində, dərindən araşdıranda, bu "ilhamın" qaynağının ciblərdən başladığını aydınca görmək olur da, biz sadəcə nəzakət xatirinə məlumatların çoxluğuna bağladıq.

Yeri gəlmişkən, bu cür "palaza bürünüb, elnən sürünən" rayonlardan biri də paytaxtın Sabunçu rayonudur.

Belə ki, "DogruXeber.az" redaksiyasına Sabunçu rayon Sabunçu qəsəbəsində qanunsuz tikinti aparıldığı barəsində məlumat daxil olub.

Məlumatda bildirilir ki, Qambay Vəzirov küçəsində fəaliyyət göstərən birmərtəbəli maşınyuma (moyka) məntəqəsinin üstündən əlavə iki mərtəbə də inşa etdirilir. Deyilənə görə həmin obyektin ikinci və üçüncü mərtəbələrinin "xeyir-şər evi" kimi fəaliyyət göstərməsi nəzərdə tutulub.

Hansı ki, redaksiyamıza həmin ərazinin "SOCAR' neft şirkətinə məxsus olduğu üçün elə üstündə "daha böyük xəyallara doğru start götürən" o, "moykan"ın özünün tikintisinin də tamamilə qanunsuz olduğu bildirilib.

Qeyd edək ki, sözügedən qanunsuz tikinti barəsində redaksiyamız tərəfindən aidiyyatı qurumlara rəsmi sorğular göndərilib.

Qarşıdakı günlərdə sözügedən tikinti barəsində daha ətraflı məlumat və fotoşəkillər portalımızda dərc ediləcək.

Diqqətiniz bizdə olsun.
Mövzunu davam etdirəcəyik

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Muxtar Babayev vəzifəsindən azad edildi
Muxtar Babayev vəzifəsindən azad edildi
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Onların da sertifikatı ləğv olundu - Foto
Onların da sertifikatı ləğv olundu - Foto