Bilmirəm, nədənsə, həmişə Müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür.
Məhəmməd Peyğəmbərin bir kəlamında deyilir:
-Dünyəvi həyat əkin kimidir, onun məhsulu o dünyada yeyilir. Bu o deməkdir ki, bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır.
Səxavətli insan Allaha, xalqa, behiştə yaxın, cəhənnəmdən uzaqdır.
Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.
Bu müdrik kəlamları elə-belə xatırlamadım. Yazımın konkret ünvanı var.İnsanlara daim yaxşılıq edən, onları əvvəlki sağlam həyatlarına qovuşduran bir insan haqqında danışmaq istəyirəm.O insandan ki, amalı, məqsədi, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən, çətinliyə düçar olan insanların dadına çatır, ona pənah gətirən heç kəsi naümid qaytarmır.
Bu, sözü, əməli,fikri xeyirlə yoğrulmuş insan Şəki 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Füzuli Nəzir oğlu Məmmədovdur.
Yazımın qəhrəmanı Füzuli Məmmədov şərəfli həyat yolu keçmişdir.
O, vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır.
Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Füzuli müəllimin sözünün əvvəli-axırı insandır. İnsanın sadəliyi, vətənpərvərliyidir.Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Füzuli müəllim. Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir.
Füzuli Məmmədov bütün kollektivin, onu tanıyan,ona müraciət edən hər kəsin hər zaman sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır.
Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Füzuli müəllimdə var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.
Bəli, bütün işçi kollektivinə doğma insanı kimi münasibət bəsləyən Füzuli Məmmədov onların hər birinə qayğı ilə yanaşır, səmimi rəftar edir.
Füzuli Məmmədov sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də Füzuli müəllim dəyişməz qalır.
Füzuli Məmmədovun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa-ağ, qaraya-qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər deyə tövsiyyə edir.
Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Füzuli müəllimin dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.
Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından fəaliyyətinin bütün dövrlərində özünün yüksək milli-ictimai şüuru, mədəniyyəti, yüksək prinsipiallığı,heyrətləndirici əmək qabiliyyəti, böyük analitik düşüncəsi, sadəliyi, təvazökarlığı və son dərəcə humanistliyi ilə fərqlənən Şəki 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Füzuli Nəzir oğlu Məmmədovu Müqəddəs Ramazan ayı münasibətilə təbrik edir, sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi məsuliyyət tələb edən şərəfli və çətin işində uğurlar diləyir, ləyaqətli ömrünün davamlı olmasını arzulayıram.