kanal1

Paşinyan öz dumanında özünü itirib - FAKT BUDUR!

Tarix:8-03-2024, 12:36
Baxış Sayı:1

 

Paşinyan öz dumanında özünü itirib - FAKT BUDUR!


Əsrlər boyu itaətlə xidmət etdiyi Rusiyadan kənarlaşmaqda meylli olan Ermənistan Qərbə doğru sürətlə getdiyini deyir. Amma erməniləri ciddi problem gözləyir: Moskva ilə əlaqələr sərinləşəndən sonra Ermənistan yalnız özünə güvənə bilər: Qərb həmişə olduğu kimi, yalnız "güzəştli kredit"lər, siyasi bəyanatlar və dəstək mesajları ilə kömək edəcək.

Yenixeber.org: Ermənistanla əlaqələrin minimallaşdırılmasına, əslində, Rusiya da hazır deyil.

Rəsmi Moskvanın, habelə rusiyalı siyasətçilərin, təbliğatçıların, siyasi şərhçilərin Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanmış qəzəbli açıqlamalarına rəğmən, Rusiya hazırda Ermənistanla mövcud olan siyasi, iqtisadi, hərbi-texniki əlaqələri zəiflətməkdə, Cənubi Qafqazdakı geosiyasi təsir rıçaqları arasında ən önəmlisini itirmək fikrində deyil.

Rusiya bilir ki, Ermənistana iqtisadi və maliyyə təzyiqləri göstərməyə başlayaraq pressinqə keçərsə, İrəvandakı hakimiyyətə son təsir imkanlarından könüllü əl çəkmiş olacaq.

Nikol Paşinyanın Ermənistan parlamentində çıxış edərkən MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətlərini de-fakto "dondurduqlarını, amma zərurət yaranarsa, fəaliyyəti de-yure dayandıra biləcəklərini" söyləmişdi.

Daha sonra o, İrəvandakı "Zvartnots" hava limanında sərhəd-buraxılış nəzarəti funksiyalarını həyata keçirən rusiyalı sərhədçilərin aeroportdan çıxarılacaqlarına işarə vurdu. Halbuki "Zvarotnots"da Ermənistana gələn və ölkədən gedənləri erməni sərhədçilərlə polislər yoxlayırlar.

Bununla belə, N.Paşinyan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası və ya Ermənistan-Türkiyə sərhədini qoruyan rusiyalı sərhədçilər barədə bir kəlmə də deməyib.

Baş verənləri şərh edənlərin bəziləri rəsmi İrəvanın Moskvanın əsəbləri ilə oynadığını, bəziləri Rusiya ilə münasibətlərdə yarana biləcək riskləri əvvəlcədən müəyyənləşdirməyə çalışdığını, bəziləri isə Paşinyanın Fransadan aldığı təlimatları yerinə yetirdiyini söyləyirlər.

Ehtimalların heç biri doğru deyil.

Ermənistan dövlət müstəqilliyi qazandığı ilk gündən Rusiyanın satelliti, Cənubi Qafqazdakı forpostu hesab olunub. Halbuki reallıq tam fərqlidir: Cənubi Qafqazda Rusiya üçün əlahiddə və xüsusi önəm kəsb edən ölkə Azərbaycandır.

Əslində Ermənistanın özündə də həmişə anlaıblar ki, Azərbaycanla hərbi əməliyyatlar olacağı təqdirdə Bakı ilə xüsusi münasibətlərə malik Moskva həmin təmasları riskə ataraq İrəvana açıq yardım etməyəcək.

Nikol Paşinyanın administrasiyası 2018-ci ildən sonra əvvəlcə özünü, sonra da erməniləri bunun əksinə inandırmaqla məşğuldu. İrəvan əmin idi ki, hərbi əməliyyatlar olarsa Rusiy mütləq şəkildə KTMT çərçivəsində və 1997-ci ildə Ermənistanla imzalanmış müttəfiqlik anlaşmasına uyğun olaraq ermənilərə yardım edəcək, Azərbaycana qarşı döyüşə rusiyalı hərbçiləri yollayacaq.

2018-2020-ci illərdə Ermənistanın Azərğaycana qarşı ifrat aqressiv münasibəti, provokasion bəyanatları, sonda da Paşinyanın Şuşada sərxoş vəziyyətdə rəqs etməsi və "Qarabağ Ermənistandır və nöqtə" deməsi məhz bəhs etdiyimiz vəsilələrlə bağlı olan hadisələr idi.

Nikol Paşinyanın ən böyük, strateji səhvi də budur.

KTMT-nin nizamnaməsində NATO anlaşmasının 5-ci maddəsinin analoqu yoxdur. Bundan başqa, elə həmin 1997-ci ildə Rusiya Azərbaycanla analoji müqavilə imzalamışdı. Maraqlıdır ki, Moskva və Bakı arasında imzalanmış müqavilənin 5-ci maddəsində deyilir: "Sənədi imzalayan tərəflər separatizmi onun istənilən halında pisləyir və separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürürlər". Yəni hətta formal olaraq, de-yure qaydada Ermənistanla Rusiya arasında hansısa əlahiddə, eksklüzim müttəfiqlik münasibətləri barədə danışmağa belə, dəyməz.

Di gəl, Ermənistan hakimiyyətində, siyasətində və cəmiyyətində belə mif davranışlarla şüurun əsasını təşkil etməyə başladı. Ermənilər hələ də inamla və qətiyyətlə iddia edirlər ki, Rusiya Ermənistanın təhlükəsizliyinin təminatı ilə bağlı məsələlərdə qırmızı cizgiləri keçə bilməz.

Onillər ərzində Ermənistanda bu mifə sidq-ürəklə inanırdılar.

Niyə də yox?

Rusiya Ermənistana silah, sursat və hərbi teznika verirdi, Qarabağ məsələsində İrəvna sərt təzyiqlər göstərmirdi.

İş o yerə çatmışdı ki, Ermənistan cəmiyyəti, siyasi elitaları və siyasəti ölkənin Cənubi Qafqazda Rusiyanın forpostu olması ilə qürrələnirdilər.

Halbuki sahibi forpostu inkişaf etdirmirlər, gül-çiçəkli, gözəl məkana çevirmir.

Forpost tikanlı məftillərlə əhatə olunur - siyasətin və həyatın qanunu belədir.

Amma nə olsun: Ermənistanda heç nə dəyişməyib.

Səbəblər çoxdur, amma onların arasında ən əsası budur ki, erməni sosial və siyasi mifologiyasında, uydurma yaşam modelində Rusiyam mövzusu arxa plandadır.

Ən önəmli məqam ermənilərin şüurunda əsrlərdən bəri hakim olan və ekzistensial təhlükələrdən bəhs edən betonlaşmış mifdir. Uydurma “faciəli tarix” və “əsrlərə qarışan qüdrət”lə bağlı yalanlar üzərində qurulmuş rəvayətlər erməni identikliyinin az qala əsasını təşkil etməklə yanaşı, Ermənistandakı təhsilin və tədrisin, kütləvi mədəniyyətin bazisini formalaşdırır.

Həmin motiv sonucda Ermənistan sakinlərinin kütləvi şüurunda bölgə ilə yanaşı, dünyada yaşananların qavramı ilə təhlilini müəyyənləşdirir.

Ermənilər üçün o mifə işləyən nə varsa, yaxşıdır. Hansısa xalq, dövlət və ya təşkilat suverenlik, ərazi bütünlüyü və sərhəd toxunulmazlığı məsələlərində Azərbaycanın mövqeyini anlayaraq dəstəkləyirsə, ermənilər bunu özlərinə qəsd sayırlar.

İndisə Paşinyan hakimiyyəti öz aləmində ehtiyatla Qərbə doğru hərəkət edir, Rusiya ilə əlaqələrin aktivliyini və intensivliyini azaldır.

Moskva da İrəvana cavab variantlarını seçməklə məşğuldur. Həmin variantlar o qədər çox deyil. Ermənistandan Rusiyaya yeganə yolun keçdiyi, Gürcüstan-Rusiya sərhədindəki Yuxarı Lars sərhəd-keçid məntəqəsinin müxtəlif səbəblərdən sürəkli qapadılmasına ermənilər artıq öyrəşiblər.

Belə qapanmalar Ermənistan üçün fatal deyil, üstəlik Rusiya onların sayını ifrata çatdıra bilməz.

Fəqət, Moskva İrəvanı cəzasız qoya da bilmədiyindən dərhal yox, tədricən və kompleks formatda təzyiqlərin seçiləcəyi şübhəsizdir.

Bir az Ermənistan ixracının məhdudlaşdırılması, bir az Ermənistana verilən təbii qazın qiymətinin artırılması, bir ax siyasi təzyiq: yəni onsuz da sürəkli nevroz və təlaş içində olan Nikol Paşinyanın gününü Moskva çox ustalıqla qaralda bilər, qaraldacaq da.

Qərbə meyllənməyə gəldikdə isə, Qərb üçün Ermənistan arzuolunan, profil aktiv deyil. Dənizə çıxışı və tranzit imkanları olan, Azərbaycanla sıx ədaqələrə malik Gürcüstan belə, hələ də Avropa İttifaqının və ABŞ-ın diqqətini arzuladığı formada cəlb edə bilməyib.

Ermənistan Qərb üçün Cənubi Qafqazda yerli geosiyasi mozaikanın bir hissəsi olaraq qalır.

Rusiyanın təsirindən qurtulmaqla bağlı Fransanın və ümumiyyətlə, Qərbin ruhlandırıcı bəyanatları, AŞPA-nın Azərbaycana qarşı qətnamələri, Avropa İttifaqının Ermənistandakı Müşahidə və Monitorinq Missiyası (EUMA) - bütün bunlar Rusiya ilə qarşıdurmaya başlayan Nikol Paşinyan hakimiyyətinə həm də erməni seçicilərin nəzərində gözdən düşməmək üçün edilən mənəvi dəstəkdir.

Rusiyanın “Ermənistanı müdafiə” rəvayəti mif olsa da, əsasında nəzəri də olsa, hansısa mövcudluq məqamları vardı.

Fransa, Hindistan, Avropa İttifaqı və ya NATO ermənilərə heç bu mifi də təklif etmək istəmirlər.

Ukraynadakı hərbi əməliyyatları və təbii ehtiyatlar resursları qıtlığını nəzərə alsaq, istəməyəcəklər də.

Doğrudur, Fransa ermənilərə təhlükəsizliyin təminatı sistemini dəyişəcəyini, Ermənistana hamilik göstərəcəyini vəd edir: lakin bütün bunlar nəinki bu günün, heç orta perspektivin məsələləri və riskləri deyil.

Ermənistan rəhbərliyi və sakinləri hələ də dərk etmirlər ki, təhlükəsizlik sisteminin ən effektiv variantı Cənubi Qafqazda sülh və stabillikdir.

Bunun üçünsə İrəvan ilk əvvəl Azərbaycan, sonra Türkiyə ilə problemləri nizamlamalı, miflərindən və uydurma rəvayətlərindən əl çəkməlidir.

Qərb bu işdə Ermənistana yardım etməsə də, maneələr də yaratmayacaq.

Əsas odur ki, Nikol Paşinyan şüur dumanından çıxa bilsin.(Trend)

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR
Vüsal Məmmədov səhiyyə korrupsiyasının ƏSAS SİMASI OLUB? - İLGİNC İDDİALAR