kanal1

"Ciddi-ciddi soruşuram ki, bəlkə falçı -zad çağıraq?" - ETİRAZ

Tarix:8-03-2024, 00:19
Baxış Sayı:0

"Ciddi-ciddi soruşuram ki, bəlkə falçı -zad çağıraq?" - ETİRAZ

"BakTelekom", səni zəlil qalasan! Yanvarın sonundan əvvəlki internet provayderlə müqaviləni dayandırıb, bunlarla müqavilə imzalamışıq. Kefimizdən deyil, əlbəttə. Yaratdığı problem üzündən. Düz deyiblər, pisi görməsən yaxşının qədrini bilməzsən. Aya 40 manat ödədiyimiz "BakTelekom" üst-üstə elə 40 gün xidmət göstərir. Bu 40 gündə 40 dəfə gəlib-gediblər. İki dəfə modem dəyişiblər, indi üçüncü modem dalınca gediblər görək məsələni həll edə bilirlərmi? Təsəvvür edin, saat 16.00-da LAF TV-də canlı yayıma çıxmışıam. 5-6 dəqiqədən sonra baxdım ki, internet getdi. Söz ağzımda qaldı. Saat 5-ə qalmış adam göndəriblər. Düz iki saatdır bu adam əlləşir-vuruşur nə baş verdiyini anlamır. Soruşuram ki, heç olmasa bir ehtimalın varmı? Deyir, yox, hələ ömrümdə belə problem görməmişəm. Məsələ burasındadır ki, " müdir" dediyi xəttin o başındakı adam da heç nə bilmir. Onun da internetdən xəbəri yoxdur. Ciddi-ciddi soruşuram ki, bəlkə falçı -zad çağıraq? Elə üzümə baxır.
İndi gedib ayrı modem gətirməyə. Mən də oturub gözləyirəm. Normal ölkələrdə yəqin bu şirkətin əməkdaşlarını fermaya göndərərdilər get təbiətin qoynunda qoyun-quzu otar deyə. Bizə isə məsləhət görərdilər ki, məhkəməyə ver, təzminat al.
Hələ gözləyirəm.
P.S. Bu ölkədə deyəsən bir Nazirlik də var, nazir də. Onlardan soruşuram: interneti hardan alaq???

Ləman Ələşrəfqızı - LAF TV-nin rəbəri
dia-az.info

"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Muxtar Babayev vəzifəsindən azad edildi
Muxtar Babayev vəzifəsindən azad edildi
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Onların da sertifikatı ləğv olundu - Foto
Onların da sertifikatı ləğv olundu - Foto