kanal1

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA

Tarix:16-03-2024, 10:00
Baxış Sayı:130

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA

Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

Yazıma Cabir Novruzun şeirindən bir misrası ilə başlamağım heç də təsadüfi deyil.Və etiraf edim ki,bu şeir Cabir Novruzun ən çox sevdiyim şeiridir.
Müdrik bir kəlamda deyildiyi kimi insan dünyaya gələrkən onun ruhu və zəkası bəyaz lövhənin əksinə bənzəyir. Böyüyüb, yetkinləşərək, kamala çatdıqca aldığı elm onun mənəviyyatına ziya saçır. Ziyalılar üstün təbəqənin nümayəndələridir.
Zaman keçdikcə həyat dəyişir, insan şüuru sürətlə zirvələrə doğru yol açır. Yurdumuz, vətənimiz yetirdiyi xeyirxah, ziyalı insanların nurunda inkişafa doğru irəlilədikcə, biz yazarlar ilham alır, onların həyat və fəaliyyətini işıqlandırmaq arzusunu reallığa çeviririk.
 Elə mən də bir yazar olaraq yazımın əsas qəhrəmanının şərəfli ömür yolunu, fəaliyyətini, xeyirxah əməllərini işıqlandırmaq məqsədilə yola çıxdım.
Haqqında qələmə alacağım insan sözün həqiqi mənasında imkansızlara qol-qanad olan, şərəfli və xalqına gərəkli ömür yaşayan Biləsuvar şəhər Mənzil İstismar İstehsalat Sahəsinin rəisi Adıgözəl Məmmədovdur.
Şərəfli həyat yolu keçən, vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır. Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Adıgözəl Məmmədovun sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı, deyir Adıgözəl müəllim. 
Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir. 
Adıgözəl Məmmədov bütün işçi kollektivinin hər zaman sözünü səbrlə dinləyir, hər kəsə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır. 
Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan
Biləsuvar şəhər Mənzil İstismar İstehsalat Sahəsinin rəisi Adıgözəl Məmmədovda var. O, heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.Biləsuvar şəhər Mənzil İstismar İstehsalat Sahəsinin rəisi Adıgözəl Məmmədov şanlı ordumuzun Qarabağ uğrunda həyata keçirdiyi döyüş əməliyyatlarına dəstək məqsədi ilə əlindən gələni əsirgəməyib.
Bəli, ona müraciət edən hər kəsə doğma insanı kimi münasibət bəsləyən Adıgözəl Məmmədov onların hər birinə qayğı ilə yanaşır, səmimi rəftar edir. O, sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür.İllər keçib, zaman dəyişsə də Adıgözəl müəllim dəyişməz olaraq qalır.
 Onun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər, deyə tövsiyyə edir. Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Adıgözəl Məmmədovun dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.
Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından fəaliyyətinin bütün dövrlərində özünün yüksək milli-ictimai şüuru, mədəniyyəti, yüksək prinsipiallığı, heyrətləndirici əmək qabiliyyəti, böyük analitik düşüncəsi, sadəliyi, təvazökarlığı və son dərəcə humanistliyi ilə fərqlənən bu dəyərli insanı, Adıgözəl Məmmədovu qarşıdan gələn Novruz Bahar bayramı münasibətilə səmimi qəlbdən təbrik edir,sağlıqlı uzun ömür arzulayır, Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi məsuliyyət tələb edən çətin işində uğurlar arzulayıram.
Şərəfli fəaliyyətiniz, ləyaqətli ömrünüz uzunömürlü, davamlı olsun, Adıgözəl müəllim!

"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Muxtar Babayev vəzifəsindən azad edildi
Muxtar Babayev vəzifəsindən azad edildi
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Onların da sertifikatı ləğv olundu - Foto
Onların da sertifikatı ləğv olundu - Foto