kanal1

Azərbaycanda su qıtlığının qarşısını almaq üçün hansı işlər görülür? - AÇIQLAMA

Tarix:4-03-2024, 21:56
Baxış Sayı:0

Azərbaycanda su qıtlığının qarşısını almaq üçün hansı işlər görülür? - AÇIQLAMA

Hazırda dünya əhalisinin 40 faizinin yaşadığı 80 ölkə su çatışmazlığı problemi ilə üz-üzədir. Davam edən qlobal istiləşmə və quraqlığın artması bu problemi daha da dərinləşdirir. BMT-nin hesablamalarına görə, dünyanın yarıdan çox hissəsi su çatışmazlığından əziyyət çəkir və həmin göstəricinin 2025-ci ilə qədər daha da artacağı proqnozlaşdırılır. Ölkəmiz də iqlim dəyişikliyi ilə bağlı mövcud problemlə üz-üzədir.

Bəs Azərbaycanda su qıtlığının qarşısını almaq üçün hansı işlər görülür?

Məsələ ilə bağlı Trend-in suallarını cavablandırarkən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su üzrə mütəxəssis Rövşən Abbasov qeyd edib ki, alternativ su mənbələri istifadəsi istiqamətində həm dəniz suyunun şirinləşdirilməsi, həm də çirkab suların yenidən istifadəsi istiqamətində xeyli işlər görülür.

"Azərbaycanda iqlim dəyişikliyi fonunda su qıtlığı ilə mübarizədə xeyli işlər görülür. 2020-ci ildə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradıldı. Bunun ardınca Dövlət Su Ehtiyatları Agentliyi təsis edildi. Bütün bu addımlar gələcəkdə su qıtlığının azalmasının qarşısının alınmasında mühüm rol oynayacaq.

Eyni zamanda, kənd təsərrüfatında müasir suvarma metodlarına tədricən keçid olunması, torpaq kanallarının betonlaşdırılması su itkilərinin azaldılması istiqamətində görülən işlərdə iqlim dəyişikliyi ilə mübarizə kimi qiymətləndirilə bilər", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması həyata keçirilir.

"10 gün bundan qabaq duzsuzlaşdırma prosesi başlayıb, artıq 14 xarici şirkət bu prosesdə iştirak edir. Preziden İlham Əliyevin müvafiq sərəncamından sonra bu barədə texniki əsasnamə hazırlandı. 10 gün əvvəl elan verildi. Artıq həmin xarici şirkətlər duzsuzlaşdırma prosesində iştirak etmək üçün müraciət edib və fəaliyyətə başlayıb", - deyə o vurğulayıb.

"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Muxtar Babayev vəzifəsindən azad edildi
Muxtar Babayev vəzifəsindən azad edildi
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Onların da sertifikatı ləğv olundu - Foto
Onların da sertifikatı ləğv olundu - Foto