kanal1

Saxta yolla ömürlük pensiya almaq istəyirdi, pulundan oldu... - MÜRACİƏT

Tarix:1-03-2024, 15:31
Baxış Sayı:0

Saxta yolla ömürlük pensiya almaq istəyirdi, pulundan oldu... - MÜRACİƏT

Nizami rayonu, Rizvan Teymurov küçəsi, mənzil 49-da müvəqqəti məskunlaşan, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Mahmudov Rəşid Xudayar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, saytımız vasitəsilə aidiyyəti qurumlardan kömək istəyir. Dia-az.info narazı vətəndaşın gileyindən bəzi məqamları təqdim edir:

“Mən, Mahmudov Rəşid Xudayar oğlu, I Qarabağ döyüşlərinin iştirakçısı olaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Özüm də, yoldaşımda Xocalıda yaralanmışıq. Hal-hazırda II qrup qaziyəm. 2023-cü ildə mənim əlilliyimi (qaziliyimi) kəsdilər. Komissiyadan keçdim, çünki kəsiləcəyimdən xəbərsiz idim.

Həmin ərəfədə bir şəxslə tanış oldum, o da məni aldatdı. Bu şəxsi tanıdığım vaxt artıq əlilliyim kəsilmişdi və o, mənə “11 min manat versən sənin işini düzəldərəm” dedi. Mənə ömürlük pensiya düzəldəcəyini dedi.

Yoldaşımın və özümün adına bankdan kredit götürüb, dediyi pulu ona verdik. Onlar iki nəfərdi: qadının adı Nəzrin, kişinin adı isə Təbriz idi. Özlərini “Bərpa Mərkəzi”ndə işləyən şəxslər kimi təqdim etmişdilər.

Pulu verəndən sonra hər iki şəxsə zəng çatmadı. Polisə məlumat verdim. Məni Nizami rayonu 25-ci bölməsindən dəvət etdilər. Orada Sadiq adlı tədqiqatçı işə baxırdı. Qızı tapıb gətirdi, amma Təbriz haqqında bizə heç bir məlumat vermədi.

Mən heç yerdə işləmirəm, amma 11 min manat kredit ödəməliyəm. Çox xahiş edirəm, kömək edin, araşdırılma düzgün aparılsın. Ola bilər ki, bu qadının arxasında kimlərsə durur... Xahiş edirəm, mənim məsələmi ictimailəşdirin, saxtakarlar cəzalandırılsın”.

"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Muxtar Babayev vəzifəsindən azad edildi
Muxtar Babayev vəzifəsindən azad edildi
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Onların da sertifikatı ləğv olundu - Foto
Onların da sertifikatı ləğv olundu - Foto