kanal1

İcra Hakimiyyəti “Coca-Cola”nın İsmayıllıdakı zavodunda zəhər çəninin də inşasına icazə verdi

Tarix:26-02-2024, 16:30
Baxış Sayı:2

İcra Hakimiyyəti “Coca-Cola”nın İsmayıllıdakı zavodunda zəhər çəninin də inşasına icazə verdi

İsmayıllı Rayon İcra Hakimiyyəti “Azerbaijan Coca-Cola Bottlers” MMC-yə rayonun Topçu kəndi ərazisində istehsalat binasının tikintisinə icazə verib.

Yeniavaz.com xəbər verir ki, İcra Hakimiyyəti binanın tikintisinə 24 yanvar 2024-cü il tarixli 02/2024 saylı sənəd əsasında icazə verib.

Bundan başqa 19 may 2023-cü il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə 3-35-2/2-1645/2023 saylı, həmçinin 25 avqust 2023-cü il tarixində tikinti layihəsinə dair 35792 saylı ekspertiza rəyləri verilib.

Tikintisinə icazə verilən istehsalat sahəsinin tikinti sahəsi 16 min 667,59 kv. metr, ümumi sahəsi 14 min 319,53 kv. metr, mərtəbələrinin sayı isə 1 olacaq.

Onu da qeyd edək ki, İcra Hakimiyyəti “Azerbaijan Coca-Cola Bottlers” MMC-yə tikinti ərazisində sahəsi 20,6 kv. metr olacaq zəhər təmizləyici çənin inşasına da icazə verib. Eyni zamanda ərazidə sahəsi 348 kv. metr olacaq tullantı sahəsi də tikiləcək.

Xatırladaq ki, 1 fevral 2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi ilə “Azərbaycan Coca-Cola Bottlers Limited” MMC arasında Azərbaycanda yeni zavodun tikintisi barədə Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumu imzalanan vaxt bildirilib ki, 30 milyon dollardan çox sərmayə qoyuluşunu nəzərdə tutan investisiya planına əsasən, “Azərbaycan Coca-Cola Bottlers” MMC İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal zavodu quracaq.

Daha sonra zavodun İsmayıllı rayonun Topçu kəndi ərazisində tikilməsi qərarı verilib.

Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən “Azərbaycan Coca-Cola Bottlers” MMC məşhur “Coca-Cola” içkisinin ölkəmizdəki rəsmi təmsilçisidir.

Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Yaqub Həbibbəyli 2021/11/14 tarixində “Türkaylar” tekstil sanayi ve ticaret anonim şirkətindən aldığı 11 ton 750 kq çəkisi olan (21079,50 dollar dəyərində) ipliklərin gömrük qeydiyyatından keçdiyini sənədlə təsdiq edə bilərmi?- Cavanşir Həsənli

Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb? -MƏHKƏMƏ
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
FHN-nin İdarə rəisi "Land Rover"ini niyə satır? -Biznes-mülk iddialarına cavab
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO
Nərimanovda “East Residence” MTK sakinlərin mənzillərini vermir -ŞİKAYƏT/VİDEO