kanal1

“Kristal Abşeron“ şirkəti bataqlıqda bina tikir - VİDEO

Tarix:20-02-2024, 17:46
Baxış Sayı:0

“Kristal Abşeron“ şirkəti bataqlıqda bina tikir - VİDEO


Kristal Abşeron şirkəti daha yüzlərlə sakini bataqlığa qərq etməyə hazırlaşır.

Bundan əvvəl “Qobu Park 2” layihəsində əyri bina tikib vətəndaşların həyatını təhlükəyə atan tikinti firması indi də Yasamal rayonu ərazisində, MiDA evlərinin yaxınlığında bataqlığı qurudub yeni binalar inşa etməyə başlayır. Halbuki Azərbaycan bu ilin payızında möhtəşəm COP29 rədbiri həyata keçirməklə bütün dünyaya yaşıl enerji, yaşıl layihə mesajlarını verəcək. Dünyanın yüzlərlə, minlərlə nümayəndəsi və yaşıllığın müdafiəsində olan ölkələr paytaxtımızda beynəlxalq layihədə iştirak edəcəklər.

Bu tədbir dövlətin birbaşa nəzarətində olan və təşkilində olan hadisədir. Amma Azərbaycanda “Kristal Abşeron” adlı tikinti şirkəti üçün ölkə rəhbərliyinin hazırlşadığı beynəlxalq layihə COP29 tədbirinin təşkilinə heç bir məhəl qoyulmadan, bataqlıq bir ərazidə minlərlə vətəndaşın od qiymətinə, yuxarı faizlərlə alacağı mənzillərin tikintisi üçün yeni binalar inşa olunmaqdadır.

Tribunainfo.az saytı məlumat verir ki, bu ərazidə tikinti işlərinin aparılması ciddi müzakirələrə səbəb olub. Ekspertlər, müxtəlif tikinti mütəxəssisləri, eləcə də ayrı-ayrı sosial media fəalları sual edirlər ki, belə bir bataqlıq ərazinin qurudulub yerində mənzillər, binalar inşa edilməsi nə dərəcədə tikinti normativlərinə uyğundur. Amma “Kristal Abşeron” şirtkəti heçbir izahatlara cavab vermir və öz işinin başındadır.

Şirkət artıq işlərə start da verib. Gecə-gündüz bilmədən ərazidə iş aparılır ki, bataqlıq tez qurudulsun. Əraziyə torpaq daşınır, bataqlıq doldurulur. Bataqlıq doldurulduqdan sonra ərazidə hündürmərtəbəli binaların inşasına başlanılacaq. Artıq təxmin etmək olur ki, bataqlıq üzərində tikiləcək binada vəziyyət necə olacaq. “Kristal Abşeron”un indiyə qədər inşa etdiyi digər bütün binalarda sakinlərin ən çox şikayəti həmişə mənzillərin nəm olması, divarların kif olması ilə bağlı olub. Bataqlıq üzərində inşa ediləcək binadakı mənzillərdə indidən vəziyyəti təsəvvür etmək mümkündür.(Azfakt.com)

Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
Balakən Gömrük İdarəsinə rəis təyin olundu
Balakən Gömrük İdarəsinə rəis təyin olundu