kanal1

Yasamal rayonunda TƏHLÜKƏLİ vəziyyət… - İcra hakimiyyətinin isə vecinə deyil

Tarix:19-02-2024, 13:02
Baxış Sayı:1

Yasamal rayonunda TƏHLÜKƏLİ vəziyyət… - İcra hakimiyyətinin isə vecinə deyil


Yasamal rayonunda piyada səkilərinin zəbti davam edir. Rayonun əksər küçlərində olduğu kimi indi də Zivər bəy Əhmədbəyov küçəsində səkilər tamamilə zəbt edilir. Piyadalar, ən pisi isə məktəblilər avtomobil yolu ilə hərəkət edir.

Tribunainfo.az-a fotolar göndərən sakinlər bildirib ki, Yasamal rayonunda bütün səkilər ya qanunsuz olaraq satılıb, ya səkilərdə obyekt tikilib, ya da avtomobil parklanması üçün istifadə edilir.
Zivər bəy Əhmədbəyov küçəsi boyunda boş səki tapmaq mümkün deyil. Burada piyadalar uzun bir məsafəni avtomobil yoluna çıxaraq qətt etməli olurlar. Səkinin bir hissəsində böyük bit tikili yerləşir. Ondan sonra səkinin böyük bir hissəsi maşınlar üçün parkin yeri olaraq ayrılıb. Ardınca isə səkinin böyük hissəsini zəbt etməklə dəmir hasar vurulub ki, bu da hərəkəti tam məhdudlaşdırır.
Sakinlər bildirir ki, səkilərin zəbt edilməsi Yasamal rayonunda adi haldır. Onlar mövcud problemlə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciətlər ediblər. Ancaq bütün müraciətləri cavabsız qalıb, heç bir tədbir görülməyib, təhlükəni isə aradan qaldıran yoxdur.


Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
Balakən Gömrük İdarəsinə rəis təyin olundu
Balakən Gömrük İdarəsinə rəis təyin olundu