kanal1

XEYİRXAHLIQ DƏDƏ-BABALARDAN QALMA ƏNƏNƏDİR

Tarix:10-02-2024, 09:30
Baxış Sayı:139


Azərbaycan Respublikası millətinin fədaisi olan,onun tərəqqisi,firavanlığı naminə qeyrət göstərən soydaşlarımızdan xali deyil. Hələ ötən əsrdən iki örnək yada salaq: Hacı Zeynalabdin Tağıyevin, Murtuza Muxtarovun xeyirxahlığı bu gün də dillər əzbəridir. Birini də xatırlatmaq yerinə düşər: XX əsrin əvvəllərində həkim işləmiş, sonra Gəncənin qubernatoru olmuş Xudadat bəy Ələkbər oğlu Rəfibəyov xəstəxanadakı işlərindən sonra evlərə–kasıb xəstələrə baş çəkərkən yazdığı reseptin altına pul da qoyarmış.
Mən hər zaman ruhən,mənən çox güclü olan belə insanlara rəhmət oxuyuram, amma çox təəssüf hissi ilə qeyd edirəm ki,bu gün hələ də insanların, cəmiyyətin,dünyanın,bəşəriyyətin mərhəmət və şəfqətə ehtiyacı var. Dünyamıza hər cür siyasi oyunlardan, hakimiyyət davasından çox mərhəmət lazımdır, özü də hava, su kimi. Nə yaxşı hələ də narahat dünyamızda belə insanlar az da olsa var! Yer üzü onların çiyinlərində saxlayır müvazinətini! Tanrı həmin insanların üzünə bağışlayır çox şeyi. Sağlığında bu yüksək mərtəbəyə qalxanlar qəhrəmanlardır.
Qəhrəmanlıq təkcə meydanlarda qılınc çalmaq, döyüşlərdə şücaət göstərmək deyil. Qəhrəmanlıq böyük ürəyi, xeyirxah əməlləri ilə insanların qəlbini fəth etməkdədir.Qəhrəmanlıq insanların beyninə, düşüncəsinə mərhəmət toxumu səpərək onların qəlbində əbədiyyətə çevrilməkdir.
Bəli,budur qəhrəmanlıq!
Xeyirxahlıq dədə-babalardan qalma bir ənənədir.Bu gün bu ənənəni davam etdirən hər bir kəs özləri üçün Tanrı yanında böyük səltənət qazanırlar.
Dəyərli oxucular!
Sizə haqqında bəhs edəcəyim insan "Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədov zəmanəmizin əsil qəhrəmanlarındandır.
Onun üçün ən böyük vəzifə insanların rahat, firavan yaşayışı, əmin-amanlığıdır. O, təkcə rəhbər deyil, eyni zamanda rəhbərlik etdiyi kollektivin mənəvi atasıdır. O, Böyük Allahın yaratdıqlarına hörmətlə yanaşır. Bu cür görən,bu cür düşünən insandan pislik gözlənilməz.
Yazımın əsas qəhrəmanı Aqibət Məmmədov əsil Allah adamıdır.Həqiqətən insanlığın ali zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Atalar demiş, xoşbəxt o insandır ki, Allah dünyasından yox, axirətindən pay ayırır. Aqibət müəllim bu cür xüsusiyyətlərə malik bir insandır desəm, yanılmaram.Bəli,həqiqətən də alicənab, əsil vətənpərvər insandır Aqibət Məmmədov. O, insanlara həm mənəvi, həm də maddi dayaqdır. Onun saysız hesabsız xeyirxahlıqları insanlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Həyatda da məhz belə insanlar ucalır. İnsanlara dayaq olmaq Tanrı buyruğudur. Aqibət Məmmədov Tanrı səltənətinə ucalmış bir insan olmaqla, həm də doğulub boya-başa çatdığı el-oba üçün əziz, dəyərlidir. Haqqında bəhs etdiyim insanı tanıyanlar onun haqqında deyirlər:
Sadə və təmkinlidir, əsil Allah adamıdır, sözü ilə əməli bir olan insandır.Eyni zamanda xeyirxahdır. O,nəinki rəhbərlik etdiyi işçi kollektivinə, eyni zamanda ona müraciət edən hər kəsə,o cümlədən şəhid ailələrinə,qazilərə,bacardığı köməyi edir, onlardan heç bir dəstəyini əsirgəmir.
Mən də şakərixeyirxah əməllər olan, insani keyfiyyətləri ilə çox həmkarlarından fərqlənən bu dəyərli insana, "Gəncə Körpü Tikinti-2" ASC-nin Direktorlar Şurasının sədri Aqibət Məmmədova Uca Tanrıdan cansağlığı,uzun ömür, ailə səadəti diləyir, möhtərəm prezidentimiz İlham Əiliyev cənablarının rəhbərliyi altında göstərdiyi çətin və məsuliyyət tələb edən şərəfli fəaliyyətində uğurlar arzulayıram.

Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma