kanal1

Müştəri ilə satıcı arasında Fransa-Azərbaycan QALMAQALI... - TƏFƏRRÜAT

Tarix:5-02-2024, 12:54
Baxış Sayı:0


“Yves Rocher Azerbaidjan”ın İstiqlaliyyət 63 ünvanında yerləşən mağazasından alış-veriş edən müştərilər mağazanın satıcıları tərəfindən təhqid edilib, müştərilər satıcıların kobud rəftarına məruz qalıblar.

Tribunainfo.az xəbər verir ki, bu barədə sözügedən mağazada təhqir edilən müştəri Leyla xanım yazıb. O bildirib ki, mağazada gəzərkən anası ilə öz aralarında etdiyi söhbətə satıcılar müdaxilə edib və buna görə də onlarla kobud rəftar ediblər:

“Dünən ”Yves Rocher Azerbaidjan” mağazasından alış-veriş edirdik. Alış-veriş zamanı anamla aramızda söhbət edirdik ki, Azərbaycan Avropa Şurasını tərk edib, ola bilər ki, bu mağazalar bağlansın. Mağazanın 3 satıcısı bizə qulaq asıb, çox kobud, mədəniyyətsiz və aqressiv şəkildə bizə reaksiya verdilər. Satıcı bizə deyir ki, Fransanı bəyənmirsənsə, bu mağazadan mal alma, çıx çölə, soyuq su al iç. Mənə deyir, Fransa-Azərbaycan münasibətləri sizə qalıb. Satıcının biri bizi təhqid edir, digəri isə bizi telefonun kamerasına çəkirdi.
Buradan üzümü tutub “Yves Rocher Azerbaidjan” müdiriyyətinə deyirəm ki, mağazanızda satıcıların çoxu kobud və ağressivdilər, hamısı rusca danışır. Mağazada bir dənə də Azərbaycan bayrağı yoxdur. Satıcılara fransapərəst yox, vətənpərvər olmağı öyrədin. Ayıb olsun sizə. Sizin satıcılar bizim orada xərclədiyimiz puldan maaş alırlar”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma