kanal1

Agentliyin keçirdiyi tenderin məlumatları portala niyə gec yerləşdirilib? – FOTOFAKT

Tarix:2-02-2024, 11:58
Baxış Sayı:0


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) 2 saylı Gəncə “ASAN Xidmət” Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Deepdive” MMC (VÖEN - 1202984711) şirkəti olub.
Müsabiqənin şərtinə görə “Deepdive” MMC 2023-cü ilin 8-31 dekabr tarixləri ərzində 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində çirkab suların çəkilməsi və daşınması xidmətini həyata keçirəcək. Çirkab suyun çəkilməsi və daşınması üçün “ASAN xidmət” “Deepdive” MMC-yə 22 min 531 manat 63 qəpik ödəyəcək.
Tender müsabiqəsi ilə bağlı diqqət çəkən başqa bir məqam isə odur ki, müsabiqə ilə bağlı məlumat dövlət satınalmalarının vahid internet portalında 29 yanvar 2024-cü ildə dərc olunub. Lakin, tender müsabiqəsinin icra müddəti ötən ilin dekabr ayı göstərilib. Bu isə o deməkdir ki, “ASAN Xidmət” qalib şirkətlə müqaviləni dekabr ayının 8-dən əvvəl imzalayıb.

“Dövlət satınalmaları haqqında” Qanunun (https://e-qanun.az/framework/54966) 38.11-ci maddəsində yazılır ki, satınalma komissiyası satınalma müqaviləsi qüvvəyə mindiyi gündən 3 (üç) iş günü ərzində satınalan təşkilatın və müqaviləni bağlamış təchizatçının adı (fiziki şəxs olduqda soyadı, adı, atasının adı), VÖEN-i, satınalma predmeti, satınalma metodu, müqavilənin məbləği və icra müddəti barədə portalda məlumat yerləşdirir.
Göründüyü kimi, ötən ilin dekabr ayının 8-də icrasına başlanılan tender ilə bağlı məlumatların bu ilin yanvar ayının 29-da portalda dərc olunması Qanunun qeyd olunan tələblərinə ziddir.

Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma