kanal1

Deputata məxsus olduğu deyilən şirkətlə Tibb Universiteti arasında məhkəmə çəkişməsi - TƏFƏRRÜAT

Tarix:30-01-2024, 18:32
Baxış Sayı:0


Azərbaycanın əczaçılıq sahəsində aparıcı şirkətlərdən olan "Avromed Company" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası arasında qalmaqal yaranıb.

Qaynarinfo xəbər verir ki, qalmaqalı kökündə tərəflər arasındakı alqı-satqı müqaviləsinə dair mübahisə dayanır.

Məlumata görə, "Avromed Company" QSC klinikaya tibb məhsulları satıb. Lakin pulun ödənilməsində problem yaranıb və bu mübahisəyə çevrilib.
"Avromed Company" QSC bu üzdən məhkəməyə müraciət edib.

İşə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Fevralın 22-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçiriləcək.

"Avromed Company" QSC 20 dekabr 2001-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 57 000 AZN-dir. Şirkətin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur.

Kamran İskəndərov "Coca Cola" şirkətinin Ukrayna və Moldova üzrə nümayəndəliyinin baş meneceri vəzifəsində işləyib. 2022-ci ildən isə "Avromed Company"nin baş direktorudur.

Lakin mediada gedən məlumatlara görə, şirkətin sahibi Milli Məclisin deputatı Cavanşir Feyziyevdir. Cavanşir Feyziyevin tərcümeyi halında qeyd edilib ki, o, 2002-2010-cu illərdə QSC-nin baş direktoru vəzifəsində işləyib.

Buna rəğmən, deputat 2013-cü ildə İngiltərəyə səfər etmək üçün viza müraciəti zamanı özünü "Avromed Company" QSC-nin baş direktoru kimi təqdim edib. Bu barədə İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı materiallarda bildirilir.

2020-ci ildə isə şirkətin yaydığı açıqlamada qeyd edilir ki, Cavanşir Feyziyev 2010-cu ilə qədər "Avromed"in direktoru vəzifəsində çalışıb, 2016-cı ildə isə səhmlərini satıb.

Cavanşir Feyziyev 115 saylı Şəki kənd ikinci seçki dairəsindən mandat qazanıb

Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma