kanal1

Yanğınların olduğu "EuroHome"a qarşı iddia... - rəhbəri və oğlu məhkəməyə verildi

Tarix:30-01-2024, 13:05
Baxış Sayı:0

Yanğınların olduğu "EuroHome"a qarşı iddia... - rəhbəri və oğlu məhkəməyə verildi


"EuroHome" tikinti materialları bazarı məhkəməyə verilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bazar barədə "Azsığorta" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.

Müraciətin predmeti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (sığorta müqaviləsi üzrə mübahisələr) ilə bağlıdır.

Məhkəmə işində cavabdeh şəxs kimi isə bazarın sahibi Azay Möhnətov və onun bazarda vəzifə tutan oğlu Aqil Möhnətov tanınıb.

Azay Möhnətovun həmçinin, AF Holdinq Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidenti olduğu bildirilir. İş adamının ölkədə nəhəng bina tikintisi ilə də məşğul olduğu qeyd edilir.

Qeyd edək ki, "EuroHome" ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. 2019-cu ildə və 2020-ci ildə bazarda iki böyük yanğın baş verib. Həmin vaxt bazardakı sahibkarların mallarının sığortası məsələsi də gündəmə gəlib.

Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma