kanal1

Etibar Məmmədov: “AŞPA-nın Azərbaycana qarşı törətdiyi ədalətsizlik cinayətə ekvivalentdir”

Tarix:25-01-2024, 05:00
Baxış Sayı:1

Etibar Məmmədov: “AŞPA-nın Azərbaycana qarşı törətdiyi ədalətsizlik cinayətə ekvivalentdir”

“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyi bəyan edir ki, Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış etdikdən sonra məkanı tərk etməsinə görə məsuliyyət Azərbaycana qarşı qərəzli, ermənipərəst, antidemokratik, beynəlxalq hüquq və normalara, qarşılıqlı hörmət və ehtiram ruhuna tamamilə zidd mövqe sərgiləyən əsl səbəbi AŞPA-nın və onun rəhbərliyinin üzərinə düşür”.

Bunu “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyinin sədri Etibar Məmmədov Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış etməsi və bundan sonra iclas zalını tərk etməsinə münasibət bildirərkən deyib.

“İctimai birlik AŞPA-nın kobud şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə etmək cəhdlərini, Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra guya “ədalətli arbitr” rolunda çıxış edərək erməni lobbisinin diqtəsi altında fəaliyyət göstərməsi və müxtəlif cəfəng bəyanatlar səsləndirməsini, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı addımlarını qəti şəkildə pisləyir və bunları yolverilməz sayır. Ümumiyyətlə, son illər ərzində Avropa Şurası Parlament Assambleyası siyasi korrupsiyanın, ayrı-seçkiliyin, etnik və dini nifrətin, ikili standartların, təkəbbürlülüyün, şovinizmin hökm sürdüyü quruma çevrilib. Bütün bu mənfi halların müşahidə edildiyi AŞPA “demokratiya pərdəsi” adı altında demokratik prinsiplərə daban-dabana zidd olan qərarlar qəbul edir və bunları müxtəlif dövlətlərə və xalqlara sırıyır. Lakin bütün dünya bir daha şahidi oldu ki, Avropa Şurası Parlament Assambleyasının məkrli, ədalətsiz, ikili standartlara əsaslanan, Azərbaycanın öz gücünə tarixi ədaləti bərpa etməsini həzm edə bilməyən bəzi qüvvələrin maraqlarına xidmət edən fəaliyyəti Azərbaycan dövlətinin və xalqının iradəsini əyməyə, sındırmağa qadir deyil və heç vaxt olmayacaq. Azərbaycan kimi tolerant, multikultural və ümumbəşəri dəyərlərə sözdə və əməldə sadiq olan bir dövlətə qarşı törədilən ədalətsizlik cinayətə ekvivalentdir. “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyi Azərbaycan dövlətinin mövqeyini birmənalı şəkildə dəstəkləyir və Azərbaycan nümayəndə heyətinin AŞPA-nın iclas zalını nümayişkaranə surətdə tərk etməsini alqışlayır”.

Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ki nəfər işçisi olan şirkətlə 2,6 milyon manatlıq müqavilə bağlayıb -TƏFƏRRÜAT
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ki nəfər işçisi olan şirkətlə 2,6 milyon manatlıq müqavilə bağlayıb -TƏFƏRRÜAT
Sahil Babayev maliyyə naziri oldu - Sabirabadın maliyyə idarəsiniə kim rəhbərlik edəcək?
Sahil Babayev maliyyə naziri oldu - Sabirabadın maliyyə idarəsiniə kim rəhbərlik edəcək?
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir