kanal1

Musiqi məktəbinin direktorundan ŞOK İTTİHAMLAR... - nazirə məktub yazdı

Tarix:24-01-2024, 12:53
Baxış Sayı:2


Goranboyun Dəliməmmədli şəhər Uşaq Musiqi məktəbinin direktoru Əliyeva Məhsəti Cəmil qızı Mədəniyyət naziri Adil Kərimliyə müraciət edib.
Tribunainfo.az onun müraciətini təqdim edir:

Hazırda Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində korrupsiya əməlləri baş alıb gedir. Bu əməlləri törədən isə Məmmədov Muraz Elman oğlu və onunla birgə fəaliyyətdə əlbir olan Kazımov Pərvindir. Prezident seçkilərinin təşviqat kampaniyası getdiyi bir məqamda bu cütlük məktəblərdə direktor ştatlarının alverinə başlayıb.
İdarənin özündə artıq 9 nəfər işdən azad edilib və bu məsələlərdə onları nazirlikdə dəstəkləyən İlham Hüseynovdur. İllərdir ki, bu prosesdə iştirak edən “peşəkar direktorlar” –
Gəncə şəhər 1 saylı musiqi məktəbinin direktoru Aida Əmiraslanova və ona qohum olan Gəncə şəhər 2 saylı musiqi, həm də Gəncə şəhər Uşaq İncəsənət məktəbinin direktorudur. Hər ikisi deputat Əhliman Əmiraslanovun qohumlarıdır.
Gəncə şəhər 4 saylı musiqi məktəbinin direktoru Aynur Şıxıyeva Mədəniyyət İdarəsinin baş direktorudur. Hər üç adı çəkilən direktor hər ay dövlət büdcəsindən 30-40 min manat mənimsəyirlər. Belə ki, 20 saat, 36 saat dərsi olan müəllimlər qeyri – rəsmi şərtlər daxilində çalışırlar. Yəni müəllimlərin adına yazılan dərs saatlarının 12-18 saatı müəllimin qalanı isə direktorundur.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq

Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Sahil Babayev maliyyə naziri təyin edilib
Sahil Babayev maliyyə naziri təyin edilib
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Məşhur yazıçı “Cafe City”dən sifariş verdiyi salatdan zəhərləndi
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Şəmkirin Dəllər qəsəbəsində heç kimi tanımadığı “Şəmkir tikinti-18” ASC bu tenderləri necə uda bilir
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək -TƏFƏRRÜAT
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma
"Aspera" klinikasında kosmetoloq Fidan Sadıqova tibbi dərslər keçirir,sertifikat verir? -Araşdırma