kanal1

Azərbaycanda rüşvət alan məktəb direktorunun videosu yayıldı

Tarix:19-01-2024, 18:04
Baxış Sayı:34



“1400-ə yaxın şagirdin təhsil aldığı Mingəçevir şəhər 4 saylı tam orta məktəbin direktoru rüşvət alaraq müəllimlərə dərs saatı satır”.
Bu iddiaları sözügedən məktəbin coğrafiya müəlliməsi Həbibə Yuldaş qızı Rahibova Oxu.Az-a açıqlamasında səsləndirib.
O bildirib ki, 20 ilə yaxındır məktəbin direktoru olan Azər Arif oğlu Qazıyev hər dərs saatı üçün müəllim heyətindən 50 manat məbləğində rüşvət alır:
“20 ilə yaxındır bu məktəbdə vəziyyət bu cürdür. Bununla bağlı aidiyyəti qurumlara da müraciət etmişəm. Hətta məktəbin direktoruna Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi açılıb. 2023-cü ilin sentyabr ayında biz rüşvət verərkən bunu videoya da çəkmişik. Artıq direktor mənə müxtəlif yollarla təzyiq edir. Məni ailəmlə, qızlarımla təhdid edir, məktəbin yuxarı sinif şagirdlərini də öyrədib məni müxtəlif yollarla ifşa etmək istəyir. Mən bununla bağlı iki dəfə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət etmişəm. Bir neçə şagird cərimələnib və altı ay müddətinə nəzarətə götürülüb.
Mənimlə danışan müəllimlərə, şagirdlərə müxtəlif yollarla təzyiq edilir. Məktəbdə artıq ruh kimi gəzirəm, heç kim mənimlə danışmır. Səbəbi isə direktorun təzyiqi və mənim direktorla açıq mübarizə aparmağımdır”.
Səsləndirilən iddialarla bağlı Oxu.Az-a açıqlama verən məktəb direktoru Azər Qazıyev bildirib ki, məsələ prokurorluq tərəfindən araşdırılır, nəticələri ilə bağlı cavab gözlənilir:
“Mən 1986-cı ildən bu məktəbdə çalışıram. 2005-ci ildən isə direktor vəzifəsində çalışıram. Respublikanın qabaqcıl təhsil işçisiyəm, “Tərəqqi” medalına layiq görülmüşəm. Mənə qarşı qurulma bir işdir. İş prokurorluqdadır, araşdırmalar aparılır. Bu yaxınlarda da maliyyə yoxlamaları aparıldı. Yoxlamaların və araşdırmaların nəticələrini gözləyirik”. (Oxu.Az)
Həmin görüntüləri təqdim edirik:
VİDEO BURDA My Webpage

Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa…
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa…
“Yapı Kredi Bank Azərbaycan” "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasını"na görə cərimə olundu
“Yapı Kredi Bank Azərbaycan” "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasını"na görə cərimə olundu
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ki nəfər işçisi olan şirkətlə 2,6 milyon manatlıq müqavilə bağlayıb -TƏFƏRRÜAT
Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ki nəfər işçisi olan şirkətlə 2,6 milyon manatlıq müqavilə bağlayıb -TƏFƏRRÜAT
Sahil Babayev maliyyə naziri oldu - Sabirabadın maliyyə idarəsiniə kim rəhbərlik edəcək?
Sahil Babayev maliyyə naziri oldu - Sabirabadın maliyyə idarəsiniə kim rəhbərlik edəcək?
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Köhnə Ələt-Astara yolu su altında... - FOTO
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Abşeron-Xızı təhsilində yepyeni macəralar...
Bakının mərkəzindəki universitetlər köçürüləcək?
Bakının mərkəzindəki universitetlər köçürüləcək?