kanal1

STM-nin avtomobillərini elm-tədqiqat işləri görən şirkət təmir edəcək? - İcazə verin, şübhələnək...

Tarix:5-01-2024, 11:43
Baxış Sayı:4


“Sosial Tədqiqatlar Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibi “Auto Mark UA CO” MMC (VÖEN- 1905612901) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, qalib şirkət STM-yə məxsus nəqliyyat vasitələrinin – “Toyota Camry”, “Honda Pilot” və “Ford Custom” markalı avtomobillərin cari təmirini həyata keçirəcək və qarşılığında 14 min 865 manat alacaq.
Məlumat üçün qeyd edək ki, STM-yə məxsus nəqliyyat vasitələrini təmir edəcək şirkət yeni yaranıb. “Auto Mark UA CO” MMC 2 may 2023-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Suraxanı rayonu Əmircan STQ, keçid 1849, ev 2, m. 53-də yerləşir. Şirkətin qanuni təmsilçisi Qasımov Ayaz Akif oğludur.
“Auto Mark UA CO” MMC qeydiyyata alınan zaman qanuni təmsilçisi Ələkbərova Rahilə Tahir qızı olub. “Auto Mark UA CO” MMC-dən başqa may ayında Ələkbərova Rahilə Tahir qızının qanuni təmsilçi olduğu və Suraxanı rayonu Əmircan STQ, keçid 1849, ev 2, m. 53 ünvanında daha 2 şirkət qeydiyyata alınıb. Bu şirkətlərin də (“Napco Group” MMC və “Cremaland PTE AS CO” MMC) qanuni təmsilçiləri sonradan dəyişdirilib.
May ayında qeyd olunan ünvanda - Suraxanı rayonu Əmircan STQ, keçid 1849, ev 2, m. 53 ünvanında eyni şəxsin (Əliyev Hüseyn Yasəf oğlu) qanuni təmsilçi olduğu daha 5 MMC də dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, adları qeyd olunan şirkətlər barəsində açıq mənbələrdə heç bir məlumat mövcud deyil. Şirkətlərin nə veb-saytları, nə sosial şəbəkə hesabları mövcuddur. Qısa müddətdə 3 tenderin qalibi olan “Auto Mark UA CO” MMC-nin də hansı təcrübəyə və peşəkarlığa sahib olduğu da bilinmir.
Xatırladaq ki, STM tərəfindən daha əvvəl də bu cür müəmmalı tender müsabiqələri keçirilib.

İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?