kanal1

“Gəmiqaya” restoranında biabırçılıq

Tarix:16-02-2021, 13:00
Baxış Sayı:744

“Gəmiqaya” restoranında biabırçılıq


Abşeron rayonunun Novxanı qəsəbəsindəki “Gəmiqaya” restoranının adı təkcə Xəzər dənizini çirkləndirməkdə deyil, hətta digər səbəblərə görə də, uzun müddətdir ki, dillər əzbəri olub. Yəni, media üzərindən apardığımız müəyyən araşdırmalardan bəlli olur ki, restoran ekologiyamıza bu gün də olduqca mənfi təsirini göstərməkdə davam edir. Çünki, sosial şəbəkələrdə yayılan foto-şəkillərdən də aydın olur ki, “Gəmiqaya” restoranının fəaliyyət göstərdiyi ərazidə kanalizasiya sistemi olmadığından, obyektdən axıdılan çirkli sular birbaşa dənizə tökülür. Çox düşündürücü haldır ki, belə bir dözülməz mənzərə ilə bağlı yaranmış vəziyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə lazımi tədbirlər görməsini zəruri etsə də, nədənsə nazirliyin rəsmiləri hələ də susqunluq nümayiş etdirməkdədirlər.

Məsələnin daha düşündürücü, daha diqqəti cəlbedən tərəfi isə ondan ibarətdir ki, “Gəmiqaya” restoranı dəniz sahilində, yəni “xəlvəti ərazidə” fəaliyyət göstərdiyindən, Vüqar adlı şəxsin sahiblik etdiyi bu obyektdə hər cür hoqqalara qol qoyulur. Yəni, redaksiya əməkdaşımızın əldə etdiyi səhih məlumatlara görə, rəhbərlik hər bir işçisi ilə əmək müqaviləsi bağlamağa o qədər də əhəmiyyət vermir, həmin ünvana üz tutan müştərilərin hamısına göstərilən xidmətin müqabilində ödəniş qəbzi verilmir, hətta obyektin üst mərtəbələrindəki otaqlardan qadınların cinsi istismara məruz qalmaları üçün istifadə olunduğu da bildirilir. Bu cür addımın atılması milli-mənəvi əxlqımızla ziddiyyət təşkil etmələ bərabər, birbaşa cinayət əməli olsa da, nədənsə “Gəmiqaya” restoranına sahiblik edən Vüqar adlı şəxs, hələ də bu yöndə addımlarını atmaqda davam edir. Baxmayaraq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyul 2020-ci il tarixdə imzaladığı 2173 nömrəli Sərəncamı əsasında, Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün “Milli Fəaliyyət Planı” təsdiq olunmuşdur.

Bəli, bu gün “Gəmiqaya” restoranında atılan addımların varlığını eşitdikcə öz-özlüyümüzdə təəssüf hissi keçiririk və bu cür iyrənc əməllərin baş verməsinə birbaşa cavabdehlik daşıyan vəzifə sahiblərinin fəaliyyətlərini tənqid etməkdən də çəkinmirik. Çünki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Milli Fəaliyyət Planı”nın 2-ci bəndində qeyd olunub ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Sərəncamda təsdiq olunmuş və “Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin, aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirilməsini təmin etsin. Qarşıya belə bir tələblər qoyulsa da, baş verənləri təhlil edib belə bir qənaətə gəlmək mümkündür ki, hazırda nə Abşeron RİH-i, nə Abşeron RPŞ-i, nə də ki, adı çəkilən obyektə sahiblik edən Vüqar adlı şəxs, ölkə rəhbərinin imzaladığı “Milli Fəaliyyət Planı”na məhəl qoymurlar. Belə bir halın varlığı da, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Ona görə də, yuxarıda qeyd olunan faktlarla bağlı aidiyyatı dövlət qurumlarına müraciət etməyi qərara almışıq ki, mövcud problemlərin aradan qaldırılması yöndə əməli addımlarını atsınlar.

P.S. Hörmətli oxucular! Çox yaxın günlərdə “Gəmiqaya” restoranından əldə olunacaq çəkilişi, həmçinin bu ünvanda baş verən “tükürpədici” addımları, hər cür qanunsuzluq hallarının varlığını və s. kimi əməlləri çoxsaylı oxucuların diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Aqil Qaraşov

“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
“AAAF Park”-da qanunsuz tikinti davam etdirilir – Obyekti Vüqar Sədizadə tikdirir?
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
Göyçayda 5 tələbənin qidadan zəhərlənmədiyi məlum olub - YENİLƏNİB
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
İki universitetimiz dünyanın nüfuzlu reytinqində
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
Mətənət Əsədova Orxan Göyçaylı ilə “Tik-tok” da oyun keçirib 500 manatdan mərc etdilər-Video
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
ARTİ və MÜTDA oyunları bitmir. Məktəblərdə hər şeyin yanlış olmasına gətirib çıxarır...
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
"VƏZİFƏLİ MƏMURLAR UNİVERSİTETƏ GƏLMƏDƏN YÜKSƏK QİYMƏTLƏR ALIRLAR..." -"Onlara qayıb yazmaq qadağan olunub"
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər
“Pilot Residence” MTK ilə bina sakinləri arasında qalmaqal böyüyür – Sakinlər Prezidentə müraciət etdilər