kanal1

Meşə qırğınını BİZNESƏ ÇEVİRİBLƏR... - FOTO, VİDEO

Tarix:28-12-2023, 09:22
Baxış Sayı:1

Meşə qırğınını BİZNESƏ ÇEVİRİBLƏR... - FOTO, VİDEO

Xəbər verdiyimiz kimi Yardımlı rayonunun Dağüzü kəndinin meşələrində kütləvi soyqırım aparılıb.

Yardımlı sakinlərinin redaksiyamıza göndərdiyi məlumatda deyilir ki, yaşıl terrordan Regional Meşə İdarəsinin və Lənkəran Regional Ekologiya İdarəsinin xəbərdar olsa da, bu qanunsuzluğun qarşısını almırlar. Çünki həmin meşədən külli miqdarda gəlir əldə edirlər. Ona görə də həmin meşədə yoxlama aparılmasına imkan vermirlər. Həmin meşədə əgər ərazi tam olaraq və doğru-düzgün yoxlama aparılarsa, minlərlə qanunsuz kəsilmiş ağaclar aşkar olunacaq”.

Ekofəal Məhəmməd Adiyevin də AzToday.az-a təqdim etdiyi video Yardımlı meşələrinin merkantil maraqlara görə məhv edildiyini göstərir. Ekofəal bildirir ki, Yardımlı meşələrində edilən qanunsuz qırıntıların əksəriyyəti Biləsuvardakı çiyələk sahələrinə görə edilib. “Çiyələk pazı” adlandırılan ağac məmulatının 1 ədədi minimum 50 qəpiyə fermerlərə satılır.

Ekofəalın çəkdiyi göruntüləri təqdim edirik:

2 ay əvvəl qanunsuz olaraq meşə gözətçisi işindən çıxarıldığını deyən Masallı sakini Röyal Bəşirov AzToday.az-a açıqlamasında rayon meşələrinin məhv edildiyini bildirib. Onun sözlərinə görə, ekologiyanı qorumalı olan dövlət qurumlarının rəhbərləri meşələrin qırılmasında birbaşa maraqlıdırlar.

Röyal Bəşirovun Masallı meşələrində çəkdiyi qırıntı faktlarını təqdim edirik:






Mənbə: AzToday.az

İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?