kanal1

Təhsilimizin "sistem"i donub, problemi görməzdən gəlir - Şagirdlər təhsil "ocaq"larında "istilik" axtarır...

Tarix:27-12-2023, 14:59
Baxış Sayı:1


Təhsil sektorunda o qədər problemlər var, yazmaqla bitməz. Keyfiyyət çox aşağıdır, şagirdlərin qiymətləndirilməsi üzrə beynəlxalq hesabatlarda yalnız geri getdiyimizi görürük. Müəllimlərin nəzərəçarpan hissəsi peşəsini lazımi səviyyədə bilmir. Bölgələrdə təhsil ocaqlarının vəziyyəti ürəkaçan deyil. Qış gələndən isə məktəblərin isidilməsi problemi ön plana çıxıb.
Bizimyol.info xəbər verir ki, bir-birinin ardınca müxtəlif təhsil müəssisələrinin qızdırılmaması ilə bağlı məlumatlar gəlir. Lənkəranda 9 saylı məktəbdəki duruma görə valideynlər dilə gəlib. Onlar uşaqların dərsdə soyuqdan dayana bilmədiklərini deyir. Mingəçevirdə müəllim sinifdə şagirdlərin gödəkçədə əyləşdiyini göstərən video çəkib. O, bu şərtlərlə dərs keçməyin mümkünsüzlüyünü göstərməyə çalışıb. Bakı Dövlət Universitetinin tələbələri isə soyuqdan donmalarına özünəməxsus şəkildə etiraz edib. Onlar rektor Elçin Babayevə ərizəni birbaşa lövhəyə yazıblar. Burada istilik sistemi ilə bağlı problemlərin aradan qaldırılmasına göstəriş verilməsi xahiş olunur. Dərdini lövhəyə yazmaq ideyasının hüquq fakültəsinin tələbələrinə məxsus olduğu iddia edilir.

Bakı Dövlət Universitetindən məsələyə münasibət bildirilib. Açıqlamada təhsil müəssisəsində istiliklə bağlı hər hansı problemin olmadığı qeyd edilib. Başqa cavabı gözləməyə də dəyməzdi.

Ümumiyyətlə, Azərbaycanda bütün sektorlarda oxşar vəziyyət yaranıb. Heç bir halda tənqid dilə gətirilə bilməz, çatışmazlıqlar ört-basdır edilməlidir, deyilməməlidir. İşçi və ya tələbə heyətindən kimsə problemi açıb-ağartsa, buradan uzaqlaşdırıla bilər.

Əslində, tamam başqa cür olmalıdır. Problemi hamıdan əvvəl müəssisə rəhbərliyi görməlidir. İstilik problemi o qədər davam edib ki, tələbələr bu barədə lövhədə yazmalı olub. Mingəçevirdə işləyən müəllim də bir müddət gözləyəndən sonra məsələni ictimailəşdirmək qərarına gəlib. Yəni problem vaxtında həllini tapa bilər. Bunun üçün çox da böyük iradəyə ehtiyac yoxdur. Sadəcə, işinə məsuliyyətlə yanaşmaq və vəzifəni vicdanla yerinə yetirmək kifayətdir.

Tutaq ki, hər hansı müəllim və ya tələbə problemi ictimaiyyətə çatdırıb. Dünya dağılmır. Problem varsa, həll olunmalıdır. Müəllim və tələbələrin müəssisədə tədrislə normal şərtlər çərçivəsində məşğul olmağa haqqı var. Ola bilməzmi ki, universitetdə istilik problemi yaranmasın, amma kimsə çıxıb lövhəyə bu haqda yazsın. İctimaiyyəti o cür açıqlamalarla aldatmaq heç ağıllı davranış da deyil. Problemi etiraf edib qısa zamanda yoluna qoymaq lazımdır.

Azərbaycanda yeni mərkəz yaradılır - Prezident fərman imzaladı
Azərbaycanda yeni mərkəz yaradılır - Prezident fərman imzaladı
AĞCABƏDİNİN İLLƏRDİR QAZSIZ QALAN 3 KƏNDİ… - Dəfələrlə gətirib bu kəndlərə qaz boruları töküblər, sonra yığışdırıb aparıblar / Şikayət
AĞCABƏDİNİN İLLƏRDİR QAZSIZ QALAN 3 KƏNDİ… - Dəfələrlə gətirib bu kəndlərə qaz boruları töküblər, sonra yığışdırıb aparıblar / Şikayət
“Bakı Zooparkı” internet üçün hər ay 1 230 manat xərcləyəcək
“Bakı Zooparkı” internet üçün hər ay 1 230 manat xərcləyəcək
Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub
Qarabağdakı sülhməramlı qüvvələrin komandanı Rusiyanın "Şücaət" ordeni ilə təltif olunub
“Azəriqaz” “AAAF İnşaat”ı məhkəməyə verdi
“Azəriqaz” “AAAF İnşaat”ı məhkəməyə verdi
Qaziyə vəkil ayrılmasından imtinanı hakimlər preyudisial akt sayır? - ETİRAZ VAR...
Qaziyə vəkil ayrılmasından imtinanı hakimlər preyudisial akt sayır? - ETİRAZ VAR...
AYNA BNA-nın yolunu gedir – Eyni şirkətlə 986 minlik sövdələşmə
AYNA BNA-nın yolunu gedir – Eyni şirkətlə 986 minlik sövdələşmə
AD İNSANI BƏZƏMƏZ,İNSAN ADI BƏZƏYƏR...
AD İNSANI BƏZƏMƏZ,İNSAN ADI BƏZƏYƏR...