kanal1

Bakıda lombarddan yoxa çıxan qızıllar: Qalmaqal böyüyür - TƏFƏRRÜAT

Tarix:27-12-2023, 13:13
Baxış Sayı:49


Bakının “Nizami” metrostansiyasının yaxınlığında, Zivərbəy Əhmədbəyov küçəsində yerləşən lombardla bağlı qalmaqal böyüyür.

“Cebhe.info” xəbər verir ki, müştərilərə dələduzluq etdiyi iddiası ilə gündəmə gələn lombard rəhbərliyinin son addımı vəziyyəti kəskinləşdirib.

Belə ki, “Lombard Xəyal” kimi tanınan şəxs tərəfindən müştərilərə 29 dekabra qədər vaxt verilmişdi. Onlara həmin tarixə qədər qızıllarının qaytarılacağı vəd olunmuşdu. Lakin görünən odur ki, vədlər yenə də yerinə yetirilməyəcək.

Çünki lombardın yerləşdiyi obyekt artıq icarəyə verilib. Bununla bağlı məlumat lombardın qapısına yapışdırılıb. Xatırladaq ki, müştərilər sözügedən lombarda borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilməyiblər. Onlara daha öncə də qızılların 15 gün sonra veriləcəyi deyilsə də, bu, baş tutmamışdı.

Qızıl girovlarını heç bir şəkildə geri ala bilməyən şikayətçilər Yasamal rayonu 26-cı Polis Bölməsinə şikayət ediblər. Çox sayda insan “Lombard Xəyal” olaraq tanınan şəxsin onlara kütləvi ziyan vurduğunu söyləyib.

Onların sözlərinə görə, lombarda qoyulan qızıllar qanunsuz şəkildə yoxa çıxıb. Şikayətçilər arasında hətta qızılın müqabilində götürdüyü ssudanı 1 il əvvəl ödədiyini, ancaq hələ də qızıllarını geri ala bilmədiyini deyənlər var. Dələduzluğa məruz qalanlar arasında "Cebhe.info" xəbər portalı və "Cümhuriyət" qəzetinin əməkdaşı da var.

İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?