kanal1

Meriyanın bu səhvi milyonlara başa gələcək - Ekspert

Tarix:16-12-2023, 13:11
Baxış Sayı:4

Meriyanın bu səhvi milyonlara başa gələcək - Ekspert


Tramvay xətlərinin qurulması uzun müddətdir müzakirə olunur. Biz nəqliyyatçılar da onun tərəfində olmuşuq ki, tramvay mütləq çəkilməlidir. Tramvayın olması ictimai nəqliyyatın çeşidlərini artırır. Ekoloji təmiz ictimai nəqliyyat növü olaraq daha səmərəli və faydalıdır.

Bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakıya tramvay xətlərinin çəkiləcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Paytaxtda tramvaya böyük ehtiyac olduğunu deyən ekspert bildirib ki, bu ictimai nəqliyyat növünün yenidən qurulması işi tezləşdirilməlidir:

“Bununla bağlı müəyyən işlər görülməli, sistem qurulmalıdır. O vaxtkı Bakı meriyasının yanlış siyasəti nəticəsində paytaxtımız tramvaysız qaldı. Sonra bunun çox səhv bir qərar olduğu məlum oldu. Bu yanlışı aradan qaldırmaq dövlətə milyonlarla vəsait hesabına başa gələcək. Gecikmiş olsaq da, yenidən tramvaylara imkan yaradılması müsbət addım olacaq. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır. Çünki bizim ictimai nəqliyyatın çeşidli növləri yoxdur. Yalnız metro və avtobusdur. 3-cü nəqliyyat vasitəsi kimi taksilərdən istifadə olunur ki, onlar da bərbad vəziyyətdədir. Tramvaya çox böyük ehtiyac var”.

Nəqliyyat eksperti tramvay xətlərinə ehtiyac duyulan ərazilərə də diqqət çəkib:

“Bakı kəndləri istiqamətində bu, mütləq olmalıdır. Metropolitenin yarıtmaz siyasəti nəticəsində Bakı cəmi 27 stansiyanın ümidinə qalıb. Hansı ki, hazırda 60 və daha çox metro stansiyasına ehtiyac var. Deyirlər ki, metro tikintisi baha başa gəlir, ağırdır və s. Heç olmasa, metro stansiyası tikilənə kimi müəyyən əraziləri tramvayla canlandırmaq lazımdır. İnsanlar, artıq “manatlıq taksi”lərdən yaxa qurtarmalıdır. İctimai nəqliyyatımız inkişaf etməyəcəyi müddətcə insanlarımız bu əziyyəti çəkməkdə davam edəcək. Düzdür, əvvəllər bütün küçə və prospektlərdə mövcud olan tramvay şəbəkəsi olmayacaq. Tikinti oliqarxları o qədər sıx binalar tikiblər, yolların başına elə oyun açıblar ki, istəsək belə, mümkün deyil. Ona görə də mümkün olan yerlərdə bu xətlər bərpa olunmalıdır”.(Axar.az)

İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?