kanal1

“Melissa Group”un binasında yıxılan bənna aldadıldığını deyir

Tarix:14-12-2023, 11:19
Baxış Sayı:6

“Melissa Group”un binasında yıxılan bənna aldadıldığını deyir

“Melissa Group”a məxsus “Feba MTK” G3 nömrəli binadan yıxılan zərərçəkən şəxsin şikayəti ilə bağlı məhkəmə iclası keçirilib.
Qaynarinfo-nun məlumatına görə, Sevindik Həsənov adlı şəxs “Melissa Group”a məxsus olan MTK tərəfindən yeni inşa edilmiş G3 nömrəli binanın tikintisində bənna işləri görərəkən taxta ayaqaltının üzərində büdrəyib və beton səthin üzərinə düşərək ağır xəsarət alıb.
“Melissa Group”un podrat müqavilə əsasında tikinti işlərinə rəhbərlik edən Elçin Ağamalıyev adlı şəxs Sevindik Həsənov barəsində özəl xəstəxanaların birində müsbət rəy alaraq, onu Ağdaş rayonunda yaşadığı evinə göndərib.

2-3 ay ona dövlət qurumlarına şikayət etməməsi üçün hər ay 100-200 manat pul göndərib və sosial problemlərini həll edəcəyinə də söz verib.
Sağaldıqdan sonra onu şirkətə mühafizəçi kimi işə götürəcəyini də bildirib. Lakin bir neçə aydan sonra Sevindik Həsənovun kredit borclarının şişdiyi, sosial durumunun ağırlaşdığı üçün Elçin Ağamalıyeva maddi kömək üçün zəng edib.
“Melissa Group”da iş icra edən şəxs onun telefon zənglərinə cavab verməyib.
Sevindik Həsənov onun vədinə əməl etməyəcəyini bilib və prokurorluğa müraciət edib.
Prokrorluqda 1980-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş Elçin Ağamalıyev barəsində Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə “Melissa Group”un podrat müqavilə əsasında tikinti işlərinə rəhbərlik edən Elçin Ağamalıyev sözügedən maddə üzrə təqsirli bilinib, qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.Qaynarinfo

Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi