kanal1

Babayan istintaqda Araikin Gəncənin raketlə vurulması haqda göstəriş verməsi barədəki sualı necə cavablandırıb?.. - Ermənistan KİV

Tarix:7-12-2023, 10:29
Baxış Sayı:5

Babayan istintaqda Araikin Gəncənin raketlə vurulması haqda göstəriş verməsi barədəki sualı necə cavablandırıb?.. - Ermənistan KİV


Qarabağda gorbagor(!) olmuş separatçı-terrorçu rejimin keçmiş “müdafiə naziri” və “təhlükəsizlik şurası”nın katibi Samvel Babayanın 44 günlük müharibədə baş verənlərlə bağlı Xankəndindəki qondarma “prokurorluğ”a verdiyi ifadəsi üzə çıxıb.

Moderator.az xəbər verir ki, həmin ifadənin maraqlı məqamlarını “Hraparak” nəşri yayıb.

Erməni nəşri Ermənistan və Qarabağda hərbi səfərbərliyin təşkili və Gəncə şəhərinin atəşə tutulmasından bəhs edən bir hissəsini təqdim edib.
Həmin hissədən bu gün dərc odulmuş parçanın tərcüməsini oxucuların nəzərinə çatdırırıq:
“Müstəntiq : "Müharibə zamanı Ermənistanda və artsaxda hərbi səfərbərliyin təşkili prosesini necə qiymətləndirərdiniz? Bu, kifayət idi, ya yox? Əgər yoxsa, sizin fikrincə, çatışmazlıqların səbəbi nə idi?"

Samvel Babayan : “Müdafiə yanlış planlaşdırılıb. Hərbi qulluqçular peşə və ərazilərə görə düzgün bölünməmişdir. Yəni şəxsi heyət hərbi ixtisaslar üzrə bölüşdürülməyib və relyefə bələd deyil, döyüş tapşırığını yerinə yetirmək iqtidarında deyildi... Fərarilik halları çox olub. Fərarilik hallarının qarşısını almaq üçün Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidməti tərəfindən işlər görülməli idi, məndə olan məlumata görə, tərksilah edilmiş bir çox vətəndaş artsax ərazisini maneəsiz tərk edə bilmiş və ya artsaxda qalmış, lakin gizlənmişdir. Səfərbərliyin hazırlanmasına ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və Ermənistan Respublikası Müdafiə Ordusu Baş Qərargah rəisinin müavini cavabdeh idi. Son 20 ildə bu vəzifələri tutan şəxslər öz vəzifələrini yarımçıq yerinə yetiriblər”.

Müstəntiq onu da soruşub ki, Gəncə şhərinin atəşə tutulmasına kim göstəriş verib, bu, Araik Arutyunyanın əmri ilə edilibmi?”
“Hraparak” S.Babayanın ifadəsinin bu epizodunun ardını sabahkı sayında təqdim edəcəyini bildirib.

Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş”❗ 3 aya bu pullar hara xərclənib?
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
Klub rəhbərləri ilə işbazlar arasında “korrupsiya körpüsü”: AFFA-nın limitlə bağlı qərarı aranı qarışdırıb
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
İstanbul əhalisinə görə 131 ölkəni ötdü
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
“Retems Group” dələduzluqda ittiham olunur –ŞİRKƏTİN BAŞ REDAKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Prezident Anar Əliyevi nazir təyin etdi
Prezident Anar Əliyevi nazir təyin etdi