kanal1

Birinci Qarabağ müharibəsi qazisi Mübariz Quliyev özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən bir nəfər tərəfindən ona hədə-qorxu gəlindiyini deyir.

Tarix:21-11-2023, 12:18
Baxış Sayı:8

Birinci Qarabağ müharibəsi qazisi Mübariz Quliyev özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən bir nəfər tərəfindən ona hədə-qorxu gəlindiyini deyir.

Bu barədə "Millitv.az"a müraciət edən Mübariz Quliyev deyib ki, Səbail rayonunda 6 sot torpağı var: "Bu torpaq sahəsini sənədlərində bağlı heç bir problem yoxdur. Bələdiyyə sənədi və evin cizgisi var. Burda xeyli abadlıq işləri gördüm və işıq dirəklərinin yerinin dəyişdirilməsi ilə bağlı müəyyən qurumlara müraciət etdim. Sağolsunlar mənə bu işdə yardımçı oldular. Abadlığa başladığım gündən özünü hüquq mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs mənə qarşı təzyiq və təhdid edir. Adamları ilə söz göndərir ki, torpaqda iş görməyim, əks halda tək ayağımı da sındıracaq. Bu təzyiqlərlə bağlı aidiyyatı qurumlara müraciət etsəm də bu adam əksinə daha da irəli gedir. O, vəzifəli şəxsin adından sui-istifadə edərək mənə hədə-qorxu gəlir".
Şikayətçinin sözlərinə görə, gördüyünüz bu yerlər onun tərəfindən abadlaşdırılıb, tikinti işləri aparmaq üçün hasar çəkib: "Hazırda mənə icra hakimiyyətindən təzyiqlər olunur, icra nümayəndəsi o adamın sözü ilə mənə hədə-qorxu gəlir, eyni zamanda Ekologiya və təbii sərvətlər nazirliyindən və digər aidiyyatı olan olmayan qurumlardan gəlib mənim işimi ləngidirlər".

Qarabağ qazisi məsələ ilə bağlı Prezident İlham Əliyevə, eləcə də Daxili İşlər naziriz general-polkovnik Vilayət Eyvazov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general polkovnik Əli Nağıyevə müraciət edib.
Müraciətdə deyilir:
"Cənab Prezident mən sizin, eyni zamanda Ulu öndər Heydər Əliyevin əsgəri olmuşam. Hər bir zaman çağırışınıza cavab verə biləcək vətəndaşam. Bədənimin bir hissəsini vətənimizin suverenliyi uğrunda fəda etmişəm və digər hissəsini də sizin bir kəlmə bu vətənə qurban verməyə hazıram. Eyni zamanda, daima Ali baş komandan sadiqliyi ilə seçilən, şəhid və qaziləri xüsusi hörmət edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general polkovnik Əli Nağıyevə və Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov cənablarına müraciət edirəm. Bu adamlar həyatıma qəsd etmək istəyirlər. Dalımca maşın salırlar, anonim zənglər edirlər, hədə qorxu gəlirlər və burda çalışan işçi heyətinə təzyiqlər edirlər. Başa düşə bilmirəm ki, 6 sot torpağı bu adamlar sanki qızıla döndərib təzyiqlər edirlər. Mənə deyirlər ki, səni yoxlatdıracağıq, əlindən nəyin varsa alacağıq. Mənim əlimdən olan iki əsamı almaq istəyirlər? Cənab prezident, 30 il işğal altında qalan torpaqlarımızla xalqımızla bərabər dəmir yumruqla azat etdiz. Atam, mən və qardaşım qazidir, yaxınlarım şəhiddir. Mənim səsimə səs verməyinizi xahiş edirəm. İnanıram ki, bu haqsızlıq və ədalətsizlik öz yerini tapacaq. Səbail icra nümayəndəliyi iki gündən bir gələrək işimizi ləngidir. Biz hüquqi dövlətdə yaşayırıq. Bu kimi hallar yolverilməzdir. Mənim qonşuluğumda olan hər kəs də evlərini eynilə mənim əlimdə olan sənədlərlə tikiblər".Millitv.az
Birinci Qarabağ müharibəsi qazisi Mübariz Quliyev özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən bir nəfər tərəfindən ona hədə-qorxu gəlindiyini deyir.
Birinci Qarabağ müharibəsi qazisi Mübariz Quliyev özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən bir nəfər tərəfindən ona hədə-qorxu gəlindiyini deyir.

Birinci Qarabağ müharibəsi qazisi Mübariz Quliyev özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən bir nəfər tərəfindən ona hədə-qorxu gəlindiyini deyir.
Birinci Qarabağ müharibəsi qazisi Mübariz Quliyev özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən bir nəfər tərəfindən ona hədə-qorxu gəlindiyini deyir.
Birinci Qarabağ müharibəsi qazisi Mübariz Quliyev özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən bir nəfər tərəfindən ona hədə-qorxu gəlindiyini deyir.

Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist

Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR

Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...

Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal

COP29 zolaqlarındakı yol nişanları sökülür

Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO