Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Report məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Tural Şahbəndiyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, daha əvvəl Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsində polis polkovniki Oqtay Dilavərov çalışırdı. O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.