kanal1

Müharibədə travma almış qazilərimizə daha operativ xidmət göstəriləcək - RƏSMİ

Tarix:4-02-2021, 10:34
Baxış Sayı:42

Müharibədə travma almış qazilərimizə daha operativ xidmət göstəriləcək - RƏSMİ


Müharibə zamanı travma və ya xəsarət almış şəxslərə dərhal xidmət göstərilməsini təmin etmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə, Müdafiə, Səhiyyə nazirlikləri və TƏBİB nümayəndələri ilə birgə işçi qrup yaradılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov məlumat verib.

O bildirib ki, işçi qrupun yaradılmasının əsas məqsədi hərbi travma və xəsarət alan müharibə iştirakçısı olmuş vətəndaşlarımıza operativ yardımı təmin etməkdir:

“Bu işçi qrup çərçivəsində beş region və Bakı üzrə qruplar yaradılıb. Operativ qaydada ucqar kəndlərdən tutmuş bütün respublika üzrə hazırlanan siyahı çərçivəsində qazilərimiz ziyarət ediləcək.

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları tərəfindən hərbi əməliyyatlar zamanı xəsarət almış hərbi qulluqçuların yaşadıqları ünvanlarda və müalicə aldıqları tibb müəssisələrində ilkin müayinələr aparılıb. Müayinələr əsasında qazilərimiz üç kateqoriyaya bölünüb: ağır, orta və yüngül.

İşçi qrup tərəfindən müharibə zamanı xəsarət almış 3 minə yaxın hərbi qulluqçunun əyani müayinəsi həyata keçirilib. Hər biri üzrə müəyyən protokol tərtib edilib. 30 nəfərdən çox qazidə əlilliyin təyinatı aparılıb. Artıq biz onlar üçün protez istehsalına başlamışıq. Onlar agentliyimizin tabeliyində olan reabilitasiya müəssisələrinə yerləşdiriliblər”.

O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə artıq 2020-ci ilin son aylarında əlavə 23 növ reabilitasiya vasitələri xidmət göstərilən sahəyə əlavə edilib və ümumi reabilitasiya vasitələrinin sayı 57-ə çatıb.     

Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Prezident İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir - YENİLƏNİB
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Eldar Qəribovun bankı Mərkəzi Bankın tələblərinə məhəl qoymur -Xəbərdarlıq edildi
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
Şadlıq sarayında toy zamanı yanğın oldu - Video
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
 AAAF Parkdakı qalmaqallı obyektin sahibi nazirin qohumu imiş - ELƏ BUNA GÖRƏ DƏ...
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...