kanal1

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...

Tarix:30-09-2023, 17:00
Baxış Sayı:9

1920-ci ilin xəritələri masada: Azərbaycanın əsas tələbi... - İNCƏLƏMƏ...


Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Tofiq müəllim, antiterror tədbirlərindən sonra Qarabağın erməni əsilli sakinləri ilə Azərbaycan hökuməti arasında iki görüş baş tutdu. Azərbaycan ilkin olaraq Xankəndidə yaşayan ermənilər üçün yardım və digər ləvazimatlar göndərdi. İnteqrasiya ilə bağlı müsbət siqnallar verildi. Amma bunun fonunda Qarabağdan erməni əsilli sakinlərin gedişi müşahidə edilir...

- Əslində erməni sakinlərin buradan çıxışı qəsdən təşkil edilən bir prosesdir. Erməni tərəfi göstərmək istəyir ki, guya onlar Azərbaycan tərəfinin siyasətinin qurbanıdır. Bunun üçün müxtəlif Qərb ölkələrinə qaçqın kimi gedişin təşkilinə çalışacaqlar. Bu onların əsas məqsədidir. Oradan çıxan ermənilərin də heç biri onlara nəsə edildiyini demir. Onlar bu gedişi öz qərarları ilə əsaslandırırlar. İndiki mərhələdə Ermənistanın əsassız iddialarla onları yönləndirdiyini nəzərə alsaq, burada qalmaqda maraqlı olmadıqlarını görürük. Faktiki olaraq 1994-cü ildə 750 mindən çox azərbaycanlı o bölgədən zorla didərgin salınıb. Ermənilər bir milyona yaxın insanın yaşadığı ərazini talan ediblər.

- Digər bir məsələ Qərbi Azərbaycanlıların durumu ilə burada paralellik aparılmasıdır. Bu, nə dərəcədə məntiqli müqayisədir?

- Erməni tərəfi bu məsələni də nəzərə alır. Onların istəyi odur ki, Qərbi Azərbaycan mövzusu qapansın. Azərbaycanlı Azərbaycanda, erməni Ermənistanda yaşasın tezisini ortaya atırlar. Azərbaycanın etdiyi çağırışlara bunu adekvat hesab edirlər. Çünki Azərbaycan tərəfi ərazisində yaşayan ermənilərə vətəndaşlıq vermək niyyətini ortaya qoyduğu halda, Ermənistandan da analoji yanaşma tələb edir. Ermənistan isə azərbaycanlıların vaxtilə zorla çıxarılmış ərazilərə qayıdıb, yaşaması məsələsindən qorxur, çəkinir. Ona görə də, bu iki səbəbə görə ermənilərin buradan getməsi mümkündür.

- Son vaxtlar ABŞ-ın baş verən proseslərlə bağlı fəallığı müşahidə edilir. Amerikanı narahat edən səbəb nədir?

- ABŞ-ın narahatlığı burada olan rus sülhməramlıları ilə bağlıdır. Eyni zamanda humanitar məsələlərdə Amerika yer almaq istəyirdi. Amma Azərbaycan bu məsələni özü həll etdi. ABŞ-ın istəyi də məhz bu iki məsələ ilə bağlı idi.

- Bölgəyə beynəlxalq müşahidəçilərin gəlməsi ilə bağlı fikirlər səslənir...

- Burada hansısa beynəlxalq mexanizmin olması mümkün deyil. ABŞ-da bu məsələ ilə bağlı istəyini ifadə etmişdi. Amma Azərbaycan bunu qəbul etməyib. İndi isə burada hansısa beynəlxalq mexanizmə ehtiyac qalmayıb.

- Zəngəzur dəhlizi ilə bağlı məsələ Ərdoğanın Naxçıvan səfərində gündəmdə idi. Amma sonra açıqlandı ki, Ermənistan buna imkan verməsə dəhliz İran ərazisindən açıla bilər. Bu necə mümkün olacaq?

- Dəhliz kommunikasiyaların açılması ilə bağlıdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiya açılsa bir çox ölkələr də bundan yararlanacaq. Əslində Ermənistan da bunu istəyir. Azərbaycanın isə burada mövqeyi tamam fərqlidir. Əgər Zəngəzur dəhlizi açılmasa Ermənistandan çıxan yolların da istifadəsi mümkün olmayacaq. Misal üçün Qazax rayonu istiqamətində keçən dəmir yolu ilə bağlı məsələ gündəmə gələ bilər. Ona görə də, burada dəhlizin bu və ya digər şərtlərlə açılması mümkün olacaq.

- Sərhədlərin müəyyənləşməsi ilə bağlı məsələlər bir qədər gündəmdən kənarda qalıb. Bu istiqamətdə nə kimi problemlər var?

- Delimitasiya-demarkasiya məsələsində ciddi problemlər var. Çünki bu məsələdə mövqelər tam fərqlidir. Sonuncu təklif 1975-ci ilin xəritələri əsasında sərhədlərin dəqiqləşməsinin mümkünlüyünü gündəmə gətirmişdi. Ermənistan məhz bu ilin xəritələri əsasında sərhədlərin dəqiqləşməsini istəyirdi. Azərbaycan isə sərhədlərin müxtəlif hissələrində ayrı-ayrı illərin xəritələrinin istifadə olunacağını bildirib. Konseptual yanaşma isə ondan ibarətdir ki, Azərbaycan 1920-ci ilin xəritələri əsasında Zəngəzur və Göyçənin Ermənistana verilməsi məsələsini gündəmə gətirə bilər.

- Belə çıxır ki, sərhədlərin yeni formatda müəyyənləşməsi daha real görünür...

- Bu belə də olacaq. Çünki köhnə sərhədləri Ermənistan ləğv edib. Bu erməni tərəfinin hərbi işğalı, bəyanatları baş verib. İndi isə gündəmdə olan məsələ sərhədlərin müəyyənləşməsidir. Azərbaycanın istəyi odur ki, sərhədlər 1920-ci ilin konfiqurasiyasına uyğun olsun. Hər halda ictimai rəy bunu tələb edir. Ermənistan isə 1975-ci ilin xəritəsini ortaya atır. Ona görə də, sərhədlərin dəqiqləşməsində ciddi fikir ayrılığı var. Bu da sözsüz ki, sülh sazişi məsələsində əngəllərdən biri olacaq. Amma proses Azərbaycanın xeyrinə bitəcək. əslində isə Qarabağdan sonra Zəngəzur məsələsinin aktual olacağı labüd idi.

Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Qərbin ƏNƏNƏVİ TAKTİKASI – COP29-da maliyyə hədəfinin razılaşdırılmasına kimlər maneə TÖRƏDİR? – TƏHLİL
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Etibar Pirverdiyevin “Expressbank”ının problemli kreditlərində artım yaşanmaqdadır...
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
COP29 zolaqlarındakı yol nişanları sökülür
COP29 zolaqlarındakı yol nişanları sökülür
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO
Belçika səfirliyi: “COP29-da inanılmaz əməkdaşlığa şahid olduq” – FOTO