kanal1

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası - Ölüm halları, qəzalar azalacaq

Tarix:22-01-2021, 11:50
Baxış Sayı:21

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası - Ölüm halları, qəzalar azalacaq
Azərbaycanda avtomobil parkının yenilənməsinə ciddi ehtiyac var. Bu, illərdir ki, müzakirə olunan bir məsələdir.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, avtomobil parkının yenilənməsinin bir sıra istiqamətlər üzrə faydası ola bilər:

"Bunlardan ən vacibi və ən əsası ondan ibarətdir ki, ilk növbədə qəza hallarının və ölüm saylarının azalmasına müsbət təsir göstərəcək. Çünki köhnə və istismara yararsız avtonəqliyyat vasitələri ilə baş verən qəzalar nəticəsində ölüm hallarının sayı xeyli dərəcədə artır.

Bundan baqa sözsüz ki, ekoloji baxımdan, ekologiyaya zəhərli maddələrin və qazların buraxılması baxımından da avtomobil parkının yenilənməsi vacib məsələdir. Çünki avtonəqliyyat vasitəsi işlədikcə, onun yararlılıq müddəti azaldıqca təbii ki, ortaya ekoloji problemlər çıxır. Bu ekoloji problemlərdən qaçmağın yollarından biri də təbii ki, utilizasiyadır".

R.Osmanlı hesab edir ki, utilizasiyadan sonra vacib olan məsələlərdən biri də elektromobillərin ölkəyə gətirilməsi ilə bağlı müəyyən stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir:

"Bütün bu məsələlər kompleks şəkildə olmalıdır. Azərbaycanın avtomobil parkının yenilənməsinə ciddi ehtiyac var".

Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər