İnsan həyatda yaşayaraq iki iz qoyub getmiş olur: yaxşılıq, ya da pislik.
“Pislik etməyə nə var ki” –demiş aqillər. Bəli, şərt odur ki,yaxşılıq edəsən, özündən sonra da səni yaxşılardan biri kimi xatırlasınlar, yad etsinlər. Yaxşılıq etdikcə, insan özü də saflaşır, kamilləşir.Kamil insanın xeyirxahlığı, nəcib xüsusiyyətləri də onun özündə öz əksini tapır.Atalar nahaq yerə deməmişlər ki, Allah adamın daxilini bilib, xaricini, yəni, xarici görkəmini verir. İndiki bu çətin şəraitdə kiməsə əl tutmaq, maddi və mənəvi cəhətdən kömək etmək, şəhid ailələrinin dərdini çəkmək, qazilərimizin ağrı-acısını duymaq hər kişinin işi deyildir.
Müdrik insanların şəxsiyyəti həmişə tarixin ucalığında boy verir. Orada həyat üçün zəruri olan bir müdriklik çağlayır. O müdriklik ki,keşməkeşli, əzablı yollardan keçib.
Xeyirxahlıq dədə-babalardan qalma bir ənənədir. Bu gün bu ənənəni davam etdirən hər bir kəs özləri üçün Tanrı yanında böyük səltənət qazanırlar. Belə insanlardan biri də öz xeyirxah əməlləri ilə ürəklərə yol tapan xeyriyyəçi “Sədərək” firmasının direktor müavini Ənvər Qədimbəylidir.
Həqiqətən insanlığın ali zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Atalar demiş, xoşbəxt o insandır ki, Allah dünyasından yox, axirətindən pay ayırır. Ənvər Qədimbəyli da belə insanlardandır.
Xeyirxah, vətənpərvər insandır Ənvər müəllim. O, insanlara həm mənəvi, həm də maddi dayaqdır. Onun saysız-hesabsız xeyirxahlıqları insanlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Həyatda da məhz belə insanlar ucalır.
İnsanlara dayaq olmaq Tanrı buyruğudur. Ənvər müəllim Tanrı səltənətinə ucalmış bir insan olmaqla, həm də yaşadığı el-oba üçün əzizdir.
Haqqında bəhs etdiyim insanı tanıyan hər kəs haqqında əsil iman əhlidir, sadə və təmkinlidir, sözü ilə əməli bir olan insandır kimi xoş sözlər deyir. Biz də deyilənləri öz qələmimizlə, sözlərimizlə təsdiqləyirik.
Müdrik insanların şəxsiyyəti həmişə tarixin ucalığında boy verir. Orada bir müdriklik çağlayır, həyat üçün zəruri olan bir müdriklik.O müdriklik ki, oddan-alovdan, keşməkeşli yollardan keçib.
Ənvər Qədimbəyli dünyanın qanunauyğunluqlarında bir ahəngdarlıq görsə də, sonunda yenə də ümidə can atan, insanlığı yaşadacaq bir qüvvə görür.
Ənvər Qədimbəyli ölkəsinə, Prezidentinə, xalqına, millətinə sadiq olan ziyalılarımızdandır. Sonsuz millət sevgisi, xalq məhəbbəti qazanmış Ulu Öndər Heydər Əliyevi ürəkdən sevən bir insan kimi tanınıb. Həyatın hər üzünü görən Ənvər müəllim nüfuzlu iş adamı olmaqla bərabər, eyni zamanda qayğıkeş ailə başçısıdır. Yazımın qəhrəmanı keçdiyi enişli-yoxuşlu ömür yollarında düz yolundan, doğru inamından, vətəndaş qayəsindən bir dəfə də olsun yayınmayıb. Mənəvi məsuliyyətinin, vəzifə borcunun, insani keyfiyyətlərinin üstünə kölgə düşməsinə də heç vaxt imkan verməyib.
Daha konkret desək, dövlətinə, millətinə bir övlad sədaqəti ilə xidmət edib. Əsl kişi kimi dövrün imtahanlarından, zamanın sınaqlarından üzüağ, başıuca, alnıaçıq çıxaraq, mötəbərlik zirvəsinə yüksəlib...
Mən də bütün bu insani keyfiyyətlərə malik olan bu dəyərli insanın gördüyü işləri işıqlandırmağı özümə borc bildim.
“Sədərək” Ticarət Mərkəzi və Sədərək Xeyriyyə Cəmiyyətinə qazilərə və şəhid ailələrinə daim dəstəyə və diqqətə görə minnətdarlığımı bildirir,
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi şərəfli və çətin işində uğurlar arzulayır, hər birinə sağlıqlı uzun ömür, həyatda və fəaliyyətində səbir diləyirəm.
Xeyirxahlıq həmişə başınızın tacı olsun, Ənvər müəllim.