kanal1

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin qərarı səhiyyəmizin “üzqarasıdır”

Tarix:11-01-2021, 16:04
Baxış Sayı:64

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin qərarı səhiyyəmizin “üzqarasıdır”

Artıq bir neçə aydır ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB-in) rəhbəri Ramin Bayramlının 7 avqust 2020-ci il tarixdə imzaladığı əmr əsasında, Neyrocərrahiyyə Xəstəxanasında direktor vəzifəsinə sahib olan Həsənov Fərhad Rüfət oğlu ilə bağlı verilmiş təyinat ictimai müzakirələrə səbəb olmaqdadır. Əslində belə bir müzakirələrin aparılmasının kifayət qədər hüquqi əsasları var. Çünki, TƏBİB adı ilə tanınan bu qurum yarandığı vaxtdan indiyə kimi ictimaiyyət tərəfindən daim “top atəşinə” tutulub və fəaliyyəti gündəlik qınaq obyektinə də çevrilməkdədir. Belə bir səbəblər üzündəndir ki, ölkəmiz üçün olduqca əhəmiyyət kəsb edən Neyrocərrahiyyə Xəstəxanası ilə bağlı verilən belə bir təyinat, bu gün də daha çox müzakirə olunur və əksəriyyət tərəfindən “naşı addım” kimi də qiymətləndirilir. Onu da qeyd edək ki, Fərhad Həsənov Neyrocərrahiyyə Xəstəxanasında direktor vəzifəsinə təyin olmazdan əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Radiologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Yəni, adı çəkilən bu şəxs Maqnit Rezonans Tomoqrafiya (MRT) ixtisasına sahib olan həkimdir və onun Nevrologiya, yəni sinir sistemi xəstəliklərini öyrənən elm üzrə mütəxəssis deyil. O halda sual oluna bilər ki, görəsən fəaliyyəti daim qınaq obyektinə çevrilmiş TƏBİB rəhbəri Ramin Bayramlını vadar edən səbəb nə olub ki, o, belə bir aparıcı səhiyyə müəssisəsinə nevrologiya ixtisasına sahib olan bir şəxsi deyil, məhz MRT-çi olan Fərhad Həsənovu təyin edir? Deməli, belə bir təyinatın verilməsində hansısa maraqlar öndə tutulub ki, Ramin Bayramlı belə bir addımını atır.

Redaksiyamızı bilgiləndirən mənbə qeyd edir ki, belə bir təyinat bir növ Azərbaycan səhiyyəsinin “üzqarasıdır”. Çünki, Fərhad Həsənovun keçmişi haqda SN-nin “başbilənləri” kifayət qədər məlumata malikdir ki, bu şəxs vaxtilə Azərbaycanın səhiyyə sahəsindən qovulmuşdur. Belə bir səbəb üzündən də o, bir müddət fəaliyyətini İspaniya dövlətində davam etdirməli olur. Elə ki, Fərhad Həsənov xaricdən ölkəmizə qayıdır və Mərkəzi Neftçilər Xəstəxanasının Radiologiya şöbəsində müdiri vəzifəsini daşıyır, o halda o, yeni planlar “cızıb-pozur”. Yəni, bu şəxsin bəxti əvvəl gətirməsə də, az sonra bəxti gətirir. Çünki söylənilənlərə görə, Fərhad Həsənov TƏBİB rəhbəri Ramin Bayramlının “yerində olmayan” kadr olmasından ustalıqla istifadə edib, məhz daha “ranqlı vəzifəyə” təyinat almağı bacarır.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycanın səhiyyə sistemində Neyrocərrahiyyə Xəstəxanasının oynadığı rolun əhəmiyyətini saya salmayan, “naşı addımlar”ı ilə öz fəaliyyətini iflic edən TƏBİB rəhbərindən hələ çox möcüzələri görməli olacağıq.

Araşdırmamız davam edəcək.

Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər