Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 551 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.
APA, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 239 780, ölənlərin sayı isə 2 796 nəfərə çatıb.
Virusa yoluxanlardan 226 215 nəfərin sağaldığı bildirilir.