İrakli Kobaxidzenin Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasına sədr seçiləcəyi gözlənilir.
“Report” bildirir ki, qeyri-rəsmi məlumata əsasən, partiya rəhbərliyində sədrliyin icraçı katib olan İ.Kobaxidzeyə verilməsi barədə qərar artıq qəbul edilib.
Yeni sədrin yaxın günlərdə rəsmən seçiləcəyi gözlənilir.
Xatırladaq ki, partiyanın sədri Bidzina İvanişvili bu gün vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.