kanal1

Arzumanın arzuları “gözündə qaldı”, karona da onu onmin dollar ziyana saldı- İLGİNC FAKTLAR

Tarix:11-01-2021, 12:50
Baxış Sayı:160

Arzumanın arzuları “gözündə qaldı”, karona da onu onmin dollar ziyana saldı- İLGİNC FAKTLAR
Bakı şəhərinin Nizami rayonu ərazisindəki 50 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Şirinov Arzuman Səttar oğlunun “şirin əməlləri” haqda məlumatlı olan hər kəs ya “kar”, ya da ki, “kor” olur. Çünki söylənilənlərə görə, adı çəkilən bu şəxs vəzifəsinin icrasına başladığı günün ilk anlarından, məhz hər kəsə “kələk gəlməyi” iş fəaliyyətində əsas strateji xətt olaraq qəbul edir. Belə bir səbəb üzündəndir ki, o, həm 50 saylı Mənzil-Kommunal İstismar sahəsinin ərazisində yaşayan bəzi sakinlərə, həm də KİV nümayəndələrinə arabir “kələk gəlməyi” də bacarır. Məsələn, Xezerpress.Az saytı olaraq Arzuman Şirinov haqda redakasiyamıza daxil olan bəzi məlumatları dəqiqləşdirmək məqsədilə, ötən dörd ay ərzində bu şəxsə dəfələrlə zəng etsək də, o, hər dəfə minbir bəhanə danışmaqla ortadan çıxmağı bacarıb. Çox zaman 50 saylı Mənzil-Kommunal İstismar sahəsinin rəisi ünvanladığımız suala cavabında bildirir ki, “Biz Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyevin vermiş olduğu tapşırıqları yerinə yetiririk, mütəmadi onun obyektlərinə nəzarət edirik. Bundan əlavə, bizə bu karona xəstəliyi də bir dərd olub. Yəni, onu demək istəyirəm ki, bu gün həm özüm, həm də dörd nəfər işçim belə bir xəstəliyə yoluxmuşuq. Düzdür, işçilərim mənimlə müqayisədə çox imkansızdırlar, ona görə də tanışımdan 10 min dollar borca pul götürdüm və onların müalicəsini həyata keçirdim. Bir sözlə, bu gün də başım olduqca dolaşıqdır.

Digər tərəfdən onu da qeyd edim ki, Nizami RİH Aparatından bizə tapşırıq verilib ki, heç bir halda mətbuatın suallarını cavablandırmayın. Ona görə də verilmiş tapşırığa uyğun addımımızı atırıq. Bizim rayonda icra başçısının 1-ci müavini Məmmədov Qərib Fəzan oğlu adlı bir şəxs var, o, bizi “lap boğaza” yığıb. Çünki, gündə bir tapşırıq verir, gündə bir yerə getməyimizi, hansısa işləri görməyimizi tələb edir. Artıq bu şəxsin əlindən o qədər cana doymuşuq ki, hazırda nə edəcəyimizi heç özümüz də bilmirik”.

Ötən dörd ay ərzində 50 saylı Mənzil-Kommunal İstismar sahəsi rəisinin bizə qarşı etdiyi “kələkləri, bu cür açıqlamalarını və s. eşitdikcə, sanki şoka deyil, birbaşa “şökə” düşməli oluruq. O halda dərk edib başa düşürük ki, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyevi “topa tutan”, Nizami rayon İH-i başçısının 1-ci müavini Qərib Məmmədovu birbaşa hədəfə alan Arzuman Şirinovun bizə qarşı atdığı belə bir addımlar, bəlkə də onun üçün olduqca sadə hesab olunan əməllərdən biridir. Odur ki, tam əksəriyyətə məsləhət bilirik ki, 50 saylı Mənzil-Kommunal İstismar sahəsi rəisinin “kələklərinə tuş gəlməmək” üçün, bir qədər ayıq-sayıq olmaq gərəkdir. Çünki, bu şəxs . . .

Mövzuya qayıdacağıq.

Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video
Kim Çen In İlham Əliyevi təbrik etdi
Kim Çen In İlham Əliyevi təbrik etdi
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Maşınla Xankəndi və Xocalıya gedə bilərik
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Novruz türk dünyasının ortaq bayramı ola bilər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər
Göyçayda “Qarabağ Azərbaycandır” yazısını və bayraqları sökdülər