kanal1

"Onlar cəmiyyəti murdarlayan şarlatanlardır" - ETİRAZ

Tarix:14-09-2023, 09:00
Baxış Sayı:30

"Onlar cəmiyyəti murdarlayan şarlatanlardır" - ETİRAZ


AAK ya müdafiədən keçib müsbət rəy almış hər kəsə diplom verməlidir, ya da heç kəsə diplom verməməlidir, çünki hamı eyni prosedurdan keçir, elmi rəhbər, elmi məsləhətçi, 8-12 mütəxəssis və opponent rəyi alır. Saxtadırsa, hamısı saxtadır, dürüstdürsə, hamısı dürüstdür. Axı eyni qəlibdən çıxırlar. Ortada elmi rəhbər, rəyçi və müdafiə şurasına qarşı heç bir cəza və ya töhmət yoxdursa, belə çıxır ki, müdafiə dürüst olub. Gəlin, biz də qəbul edək ki, müdafiələr onların dediyi kimi dürüstdür, şəffafdır. Bəs onda AAK niyə dürüst müdafiədən keçib müsbət rəy alanların bir qisminə dərhal diplom verir, ancaq bir qismini müxtəlif bəhanələrlə süründürür?
İllərlə saxtakarlığa vərdiş etmiş alimin ekspert qismində quruma cəlb edilməsi, sonra dürüstlükdən dəm vurulması lap biabırçılıqdır.
Qurum rəhbərliyinin faktı etiraf etməməsi böyük məsuliyyətsizlikdir. Etiraf yoxdursa, deməli, xəyanət var. Xəyanət olan yerdə isə gələcək yoxdur.
Bir neçə rüşvətxorun başı orta çağın cəza metodlarına uyğun olaraq gilotinə qoyulsa, inanın ki, cəmiyyət düzələr.

PS. AAK sədri Famil Mustafayevi AMEA prezidenti İsa Həbibbəylidən də çox istəyirəm, amma vətəndaşı olduğum və güvəndiyim dövlətin adı gələndə bu zatlara olan məhəbbətim öləziyir.
PPS. İşdən, vəzifədən, yaldan ötrü çaqqal olmağa razı olan, kimisə tənqid (şantaj) edib iş alandan sonra dilini qarnına qoyan riyakar alimlərə hörmətim yoxdur və olmayacaq. Onlar cəmiyyəti murdarlayan şarlatanlardır.

İdris Abbasov
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun
Nəzəri dilçilik şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor

Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Sahil Babayevdən KÖHNƏ BAZARA TƏZƏ NIRX: Tenderlər dayandırıldı... - İLGİNC GƏLİŞMƏ
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
Zaqatala İcra Hakimiyyəti bu kəndin örüş yerlərini zibilliyə ÇEVİRİB - NARAZILIQ VAR...
“TikTok”da məşhurlaşan model həbs edildi
“TikTok”da məşhurlaşan model həbs edildi
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
AAAF Parkda qalmaqal: Vüqar Sədizadə dövlət atributlarını dayanacağa qoydurdu (FOTO/VİDEO)
Zaqatalada YAP-ı nüfuzdan salan kimlərdir ?...
Zaqatalada YAP-ı nüfuzdan salan kimlərdir ?...
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzaladı
Prezident Maqsud İbrahimbəyovla bağlı sərəncam imzaladı
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?
Sən POZ, "Azərlotereya" QAZANsın - Yığılan pulun neçə faizi şəxsi ciblərə axır?